BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
40698

“Bakının bir çox yollarında piyadalar üçün olan yerüstü keçid xətlərinin bir hissəsi pozulub, aydın görünmür”. 

Bu vəziyyət isə həm sürücülər, həm də piyadalar arasında çaşqınlıq yaradır. Xüsusi ilə havanın qarlı, yağışlı dövrlərində gediş-gəlişi çətinləşdirir. Bəs bu yoldan keçid zamanı üstünlük kimlərin olmalıdır? Pozulmuş, seçilməsi az mümkün olan keçidlərin üstündə qəza baş verərsə, sürücü məsuliyyət daşıyırmı?

Valyuta.az bu sualları nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovla müzakirə edib. 

Aslan Əsədov bildirib ki,  həmin ərazidə piyada keçidi olması ilə bağlı nişan varsa, burda üstünlük piyadalardadır:

“Xətlər pozulubsa da, sürücü piyadanı gözləmədən keçə bilməz. Qanun buna icazə vermir. Azərbaycan Respublikasında yol hərəkəti ilə bağlı tətbiq edilən cərimələr nişanın tələbinin pozulması ilə bağlı qəbul olunur.  Yəni, bu cərimələr nişan tiplərinə, nişanlara uyğun müəyyənləşdirilir. Bunlara isə həm üfiqi, həm də şaquli nişanlar daxildir. Hər hansı nişanın tələbi pozulursa, cərimələr yazılır. 

Yerdə şaquli nişan varsa, mütləq onun asfaltda da cizgisi, boyası olmalıdır. Bu isə əlaqədar qurumun məsul şəxslərinin cavab verəcəyi məsələdir”. 

"Bu nişanlara hansı qurum cavabdehdir” sualına cavab olaraq ekspert bildirib  ki, bu yollar ərazidən asılı olaraq qurumların balansına verilib:

“Bakı şəhərində olan yollarda bu nişanlara əvvəl Bakı Nəqliyyat Agentliyi indi isə AYNA nəzarət edir. Magistral yol, yol qıraqlarıdırsa, buna AYDA cavabdehdir. Digər şəhərlərdə - Sumqayıt, Gəncə, Xırdalanda isə bunlara həmin şəhərlərin İcra Hakimiyyəti nəzarət edir. Onların göstərişi, tələbi ilə Dövlət Yol Polisinin təqdimatı əsasında bu nişanlar qoyulur, piyada keçidləri cizgilənir”. 

“Xətlərinin pozulduğu piyada keçidlərinin üzərində qəza hadisəsi baş veribsə də burda birmənalı olaraq sürücülər günahkar hesab olunur. Çünki sürücülər şəhər içi sürətlərinə də nəzarət etməlidir. Bu yollarda 50-60 km/saatla getmək lazımdır”, ekspert əlavə edib. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin