BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
40493

Günümüzdə bir çox yatırım vasitələri var, amma bu yatırım vasitələrini seçərkən hər həs uğurlu olmur. Hansı sahədə yatırılan investisiya daha uğurlu alınır? Hansı investisiya sahələri pulu devalvasiyadan və bahalaşmadan daha yaxşı qoruya bilir?

Bu barədə Valyuta.az-a danışan investisiya üzrə mütəxəssis Rövşən Hüseynov bildirib ki, müxtəlif sahələrə yatırılan investisiyalar gəlirli ola bilər: “Azərbaycanda və dünyada hazırda daha çox gəlir gətirən yatırım vasitələrdən biri kripto pullardır. Çünki kripto bazarı yeni yarandığı üçün gəlir gətirməsi ehtimalı daha çoxdur, amma riskləri düzgün idarə etmək lazımdır. Yeni tikili binalardan ev almaq gəlirli və çox yaxşı yatırım vasitələrindən biridir. Ev alarkən yatırım vasitəsilə almaq olar, amma kirayə vermək məqsədi ilə alınan evlər düzgün yatırım strategiyası deyil. Torpaq sahəsi almaq da uğurlu yatırım strategiyasıdır və gələcəkdə çox gəlir gətirmək ehtimalı çoxdur”.

Mütəxəssis uğursuz yatırım vasitələrindən də danışıb: “Əlavə olaraq pulu dollar olaraq saxlamağı düşünmək uğurlu strategiya deyil. Çünki dolların da inflyasiyası olur və dollar da öz alış gücünü itirir. Məsələn, 100 dollar ilə bu il aldığımız məhsulu bir-iki il sonra ala bilmiriksə, bu zaman pulu dollar olaraq saxlamağın uğursuzluğu görünür. Bunlardan əlavə, böyük şirkətlərin səhmlərini almaq kimi yatırım vasitələri də var ki, bunlar çox gəlir gətirmir. Alış və satış komissiyası çox olduğu üçün bu səhmləri almaq sərfəli deyil”.

R.Hüseynov pulu devalvasiyadan və inflyasiyadan qormağın yollarını da qeyd edib: “Pulu həm devalvasiyadan, həm də inflyasiyadan qorumağın ən yaxşı yollarından biri qızıla yatırılan investisiyadır, amma gəlir əldə etmək üçün çox da yaxşı vasitə deyil. Pulu devalvasiyadan qoruyan və daha çox gəlir gətirən yatırım vasitəsi kripto pullardır. Çünki, kripto pullar dollar ilə alındığı üçün devalvasiyaya uğraması ehtimalı daha azdır”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin