BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
66882

Son vaxtlar iş yerlərində işçilərin maliyyə məsuliyyəti ilə bağlı məsələlər tez-tez müzakirə olunur. Məsələn, marketlərdə məhsulun vitrin və kassa qiyməti fərqli olanda, qanuna görə alıcı üçün vitrin qiyməti əsas götürülməlidir. Lakin bəzən müştəri şikayətlərindən sonra marketə cərimə yazılanda, bu məbləğin də işçilərin maaşından çıxılması halları olur.

Kassa və vitrin qiyməti arasında uyğunsuzluq aşkar edildikdə, bu məsuliyyətin işçiyə yüklənməsi qanunvericilik baxımından düzdürmü?

Valyuta.az-a danışan Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova bildirdi ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 14-cü maddəsinə əsasən, əgər ticarət və digər xidmət müəssisələrində istehlakçının hüquqları pozularsa, həm satıcı (icraçı), həm də müəssisənin işçiləri qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar:

"Bundan əlavə, qanunun 12-ci maddəsinə görə, istehlakçının hüquqları pozulduqda, ona dəymiş mənəvi ziyan günahkar tərəf tərəfindən ödənilməlidir. Ödəniləcək məbləğin dəyəri isə, qanunda başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.

Əgər işçi işə qəbul edilərkən imzaladığı vəzifə təlimatında bu öhdəliyin icrası birbaşa onun üzərinə qoyulubsa, həmin halda məsuliyyəti şəxsən özü daşıyır".

Vəkil qeyd edib ki, işçi işə qəbul olunarkən bu məsuliyyəti öz üzərinə götürməyibsə, amma vəzifə səlahiyyətlərini yerinə yetirərkən səhvə yol verərək işəgötürənə ziyan vurubsa, o, bu ziyana görə də məsuliyyət daşıyır:

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin “c” bəndinə əsasən, işəgötürən yalnız işçinin təqsiri üzündən vurduğu ziyanı əmək haqqından tuta bilər. Lakin bu məbləğ işçinin orta aylıq əmək haqqını keçməməlidir. Tam maddi məsuliyyət daşıdığı hallar istisna olmaqla, işçinin əmək haqqından bu çərçivədən kənar məbləğin tutulması qanuna uyğun hesab edilmir".

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinə görə, işçiyə əməkhaqqı verilərkən ondan tutulan məbləğlər müəyyən hədləri aşmamalıdır. Belə ki, əməkhaqqından çıxılan ümumi məbləğ işçiyə çatacaq məbləğin 20 faizindən çox ola bilməz. Qanunvericilikdə nəzərdə tutulan xüsusi hallarda isə bu hədd 50 faizədək yüksələ bilər.

Bundan əlavə, həmin maddənin 2-ci bəndinə əsasən, əgər işçinin əməkhaqqından bir neçə icra sənədinə görə məbləğ tutulursa, bu zaman istənilən halda əməkhaqqının ən azı 50 faizi işçidə saxlanmalıdır", - deyə o, əlavə edib.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dənizlə gələn milyonlar - Dəniz nəqliyyatı ticarəti canlandırır

“İnstagram”da yeni funksiya sınaqdan keçirildi - Sosial media iki yerə bölündü

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin