BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
40245

Son zamanlar bəzi şəxslər facebook, instagram sosial şəbəkələrində reklamların yerləşdirilməsi, Tik-Tok platformasından elektron ticarət qaydasında “jeton”ların alınması ilə əlaqədar ödənişlərin edilməsi zamanı 18% ƏDV öhdəliyi olmadan bu ödənişlərin edilməsi ilə bağlı vətəndaşlara müəyyən xidmət haqqı, ödəniş qarşılığında ödənişli xidmətlərin göstərilməsini elan edir.

Valyuta.az xəbər verir ki, “Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov bu xidməti təşkli edənlərin qanunvericiliyi pozduğunu bildirib:

"Bildiyimiz kimi məsələn, vətəndaş Facebook-da 100 ABŞ dolları məbləğində reklam yerləşdirərsə və reklam ödənişini şəxsi məqsədlər üçün bankdan aldığı plastik kart vasitəsilə həyata keçirərsə, belə olan təqdirdə bank Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən vətəndaşın hesabından əlavə olaraq 18 dollar məbləğində ƏDV-ni tutaraq büdcəyə köçürəcək. Çünki bank bu əməliyyata görə 18% ƏDV məbləğinin vətəndaşın bank hesabından tutulub büdcəyə ödənilməsinə görə məsuliyyət daşıyır. Nəticədə vətəndaşın bu reklamla bağlı xərci 118 dollar olacaqdır.

Əgər fiziki şəxs vergi ödəyicisidirsə və Facebook sosial şəbəkəsində 100 dollar məbləğində reklam yerləşdirərsə və bu reklam ödənişini sahibkarlıq məqsədləri üçün bankda açdığı VÖEN-ə bağlı plastik kart vasitəsilə həyata keçirərsə belə olan təqdirdə bank yalnız 100 dollar olan reklam ödənişini vergi ödəyicisinin bank hesabından Facebook sosial şəbəkəsinin hesabına köçürür. 18% ƏDV məbləğini Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi ödəyicisinin özü tərəfindən büdcəyə ödənilir.

Bu səbəbdən son zamanlar bəzi şəxslər qanunvericiliyin tələbəni anlamadan 18% ƏDV öhdəliyi olmadan Facebook, İnstagram, Tik-Tok kimi sosial platformalara ödənişlərin edilməsi barədə vətəndaşlara müəyyən xidmət haqqı qarşılığında “xidmət göstərirlər”. Yəni vətəndaşlara bildirirlər ki, “Facebookda 100 USD dəyərində reklam yerləşdirdiyin zaman ödənişini öz kartından ödəyəcəksənsə, o zaman əlavə olaraq 18 USD ƏDV ödənişi də etməli olacaqsan. Bu ödənişi mənim plastik kartım vasitəsilə et, 18% ƏDV xərcin olmasın və  mənə əvəzində 3-5 dollar xidmət haqqı ödə.”  

Nəticədə nə baş verir? Reklam yerləşdirmək istəyən vətəndaş 100 USD məbləğini “xidmət göstərən” şəxsin kart hesabına köçürür və həmin şəxs də 100 dollar məbləğini sosial platformaya köçürür. Köçürmə anında bank görür ki, ödəniş VÖEN-ə bağlı bank hesabındandır və buna görə həmin vəsaitdən əlavə olaraq 18% ƏDV-ni tutub büdcəyə ödəmir. Nəticədə “xidmət göstərən” şəxsin kart hesabına vətəndaşlar tərəfindən il ərzində külli miqdarda vəsait daxil olur və həmin vəsaitlər daxil olan kimi də Facebook, İnstagram, Tik-Tok kimi sosial platformalara köçür. Müəyyən müddətdən sonra vergi orqanı “xidmət göstərən” vergi ödəyicisinin bank hesabını yoxladıqdan sonra qeyri-rezidentə külli miqdarda ödənişlərin edildiyini və 169.4-cü maddəyə əsasən 18% ƏDV məbləğinin hesablanıb büdcəyə ödənilmədiyini təsbit edir və nəticədə vergi ödəyicisinə kameral qaydada vergi hesablayır.

Eyni “xidmət” xüsusilə Tik-Tok platformasından jeton almaq istəyən şəxslərə daha çox təklif edilir və həmin şəxslər Bakı şəhərində “jeton satanlar” kimi populyardır. 

Qeyd edim ki, bu formada fəaliyyət sahəsində dövriyyə kifayət qədər yüksəkdir. Təkcə Tik-Tok sosial şəbəkəsində bu metodla "jeton" alqı-satqısının dövriyyəsi milyonlarla manat həcmindədir. Həmin şəxslər bu məsələlərdə çox diqqətli olmalıdır. Qanunvericiyi bilmədikləri üçün bu gün onlar qazanclı olduğunu zənn etsələr də, sabah mütləq vergi orqanı tərəfindən onları böyük maliyyə sanksiyaları gözləyir.

P.S. Vergi Məcəlləsi 125 və 127-1-ci maddələrə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması halı qeyd edilməmişdir".

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

"Naxçıvan Bank"ın gəlirləri 4 milyon manatdan çox azalıb

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

“Azərikard” rəhbərinin Türkiyəli müavini işdən ayrılıb

“Azərikard” rəhbərinin Türkiyəli müavini işdən ayrılıb

Ölkə ərazisində nə qədər kiçik sahibkarlıq subyekti var? – Bakıda 7 minə yaxındır

Azərbaycanda bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bitcoin 48 saatda 10 min manat ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Daha iki rəis müavini işdən çıxarıldı

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Avro və lirə bahalaşdı - Məzənnə

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir - Video

Azərbaycan manatının dövretmə sürəti artıb

Küləkli hava nə vaxtadək davam edəcək?

Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq

Azərbaycan nefti 3 %-ə yaxın ucuzlaşıb

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin