BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
40171

“Özəl Pensiya Fondu vətəndaşlara əlavə seçim verəcək. İcbari pensiya fonduna ödəmələr öz yerində qalacaq. Vətəndaş, işləyən şəxs, yaxud da iş yerləri özü vətəndaşa şərti şəraiti təmin edəcək ki, icbari pensiya ilə paralel Özəl Pensiya Fonduna da filan qədər vəsait köçürəcəm. Bu könüllü məsələlərdir”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Özəl Pensiya Fondunun məqsədlərindən danışarkən deyib. Ekspert güman edir ki, bu Azərbaycanda gözlənilən formada olmayacaq:

“Şirkətdə təkçə əmək haqqı yox, həm də Özəl Pensiya Fondu maraqları ilə işçini cəlb eləməyə çalışacaqlar. Çünki  Azərbaycanda yaxşı iş yeri tapmaq işçi üçün problemdir. Amma mahiyyətinə gəlincə, iş yerinin seçməsinə ehtiyac yoxdur, biz özümüz də seçə bilərik. Məsələn, deyə bilərik ki, mənim əmək haqqımdan iki faiz Özəl Pensiya fonduna köçür. Artıq burada qaydalar olur. Qanunvericilik qəbul edilmədiyinə görə, hansı formada pensiya planı təqdim etdiklərin bilmirik. Qərb təcrübəsinə əsasən deyə bilərəm ki, plan iki formada olur. Ya bərabər paylanmış, yəni indiki bizim pensiyalarımıza əlavə olunur, ya da birdəfəyə pulunuzu götürə bilirsiniz”.

Xalid Kərimli qeyd edib ki, burada təkcə yığılmış pul deyil, Özəl Pensiya Fondları vətəndaşların pullarını investisiyaya qoyur:

“İstiqraz alaraq fondu idarə edirlər. Gəlirlərindən də fondun iştirakçısı olan vətəndaşlara pay düşür. Özəl Pensiya Fondları uğurlu da ola bilər, uğursuz da. Fond çalışır ki, vətəndaşların yığılan pulunu artırsın. Bu seçim olacaq, kim istəyir fonda üzv olacaq, kim istəyir olmayacaq. Bu ölkədə uzun müddətli pul resurslarının də mənbəyini formalaşdıracaq”.   

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransı zamanı çıxışında Azərbaycanda özəl pensiya fondunun yaranması ilə bağlı normativ sənədlərin hazır olduğunu qeyd edib:

“Bir ay ərzində layihələr aidiyyəti qurumlara göndəriləcək”.

Aylin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib? -

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Prezidentlər Füzuli və Şuşaya səfər edib (YENİLƏNİB)

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

“İrşad Elektroniks” gömrük qaydalarını pozub?

"Bizim Bala Tədris Mərkəzi"nə protokol tərtib olundu

“Kapital Bank” dələduzların 90-dan çox web-saytını, 800-dən çox sosial şəbəkə hesabını bağlatdırıb

Bakıda 4-cü və 5-ci “DİM Dialoqu” keçiriləcək

Rusiyada gözlənilməz şaxtalar fonunda taxıl xeyli bahalaşdı

İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

10 min dollar mayası olan MMC ləğv olunur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin