BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
39719

“Bakıda qiymətlərin baha olmasının ən böyük problemlərdən biri fermerlərin ölkənin bazarlarına girişlərinin məhdud olmasıdır”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Onun sözlərinə görə, bazarlarda piştaxta arxasında oturanlar özü üçün çörək pulu qazanır, bundan əlavə bazar rəhbərliyinə yer haqqı verir:

“Hər bazarın bir neçə tədarükçüsü var. Onlar rayonlardan məhsulu su qiymətinə alıb, Bakıda piştaxta arxasında duranlara 5 qat bahasına satır. Həmin adamlar da onlardan aldığı qiyməti iki dəfə  artırıb satır. Fermerin özünün Bakıya məhsul gətirmək imkanı yoxdur. Ona görə də bu gün Bakıda qiymətlər od tutub yanır”.

Akif Nəsirli qeyd edib ki, bu gün fermerlərin yetişdirdiyi məhsulların paytaxt bazarlarına çıxışı yoxdur:

“Paytaxt bazarlarında məlum insanlar piştaxta arxasında dayanıb mal satır. Həmin insanlara məhsul satışı birinci əldən gəlmir. Yəni fermer özü deyil, onlar da alverçilərdir. Bunun üçün bazarlarda monopoliya aradan qalxmalıdır. Bütün bazarlar fermerlərin üzünə açıq olmalıdır. Necə ki, sovet dövründə ölkənin bütün bazarlarına sadə vətəndaşların girişi məhdidiyyətsiz idi. Düzdür, onlar da müəyyən müqadrda pul ödəyirdilər. Sözsüz ki, bazarın saxlanması üçün pul ödənilməlidir. Hökumət fermerləri müdafiə etmək fikirindədirsə bazar xərclərini ödəyə bilər”.

Akif Nəsirli hesab edir ki, bu gün fermer malını özü Bakıya gətirə bilsə bazarlarda məhsul çox ucuz olar:

“Məsələn, bu il nar ucuz və bol oldu. Elə rayon oldu ki, orada narın bir kilosu 10 qəpikdən aşağı satıldı. Adam tanıyıram ki,  5-6 hektar nar bağını alverçilərə 500 manata satdı. Əgər fermerin Bakı bazarlarına giriş asan olsaydı narını gətirib burada satardı və 10 min manat xeyir qazanardı”.

Aylin
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlham Əliyev Cəbrayılda yeni kəndlərin təməlini qoydu (FOTO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin