BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
39449

Dəfələrlə ölkə ərazisində mənşəyi məlum olmayan heyvan ətlərinin satışı ilə rastlaşmışıq. Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələ ilə bağlı qabaqlayıcı tədbirlər görür, mənşəyi məlum olmayan heyvan ətlərini satmaq istəyən şəxsləri yaxalayır, məsuliyyətə cəlb edir. Amma bəzi işbazlar hələ də ölmüş heyvan, uzunqulaq ətlərini rayonlardan yığaraq ucuz qiymətə xüsusi alverçilərə satır. Məlumata görə, həmin ətlər paytaxt ərazisindəki dönərxana və ucuz kafelərə də satılır. 

Bakının “8-ci kilometr” bazarındakı ət bazarında müşahidə apardıq. Bazarın ət satışı cərgəsindəki mənzərə heç də ürəkaçan deyil, elə antisanitar şəraitdə fəaliyyət göstərən ət cərgəsində satılan ətlərin vəziyyəti də. Ətlərin harda kəsilib gətirildiyi də məlum deyil. 

Ən maraqlı məsələ isə burada satılan ətlərin qiymətidir. Məlumdur ki, 1 ildən çoxdur ölkədə mal ətinin qiyməti 14-15 manat arasıdır. Sümüksüz mal ətinin qiyməti isə 16-18 manatdan ucuz deyil. “8-ci kilometr” bazarında isə rast gəldiyimiz qiymətlər adamı diksindirir. 

Ət satılan ilk piştaxtaya yaxınlaşanda satıcı dərhal qarşımı kəsərək, “əmoğlu, bir dənə ətə bax, kişmişdi e...” dedi və piştaxtanın üstündən sallanan ətləri yelləməyə başladı: “Bir saatdı kəsmişəm, hələ buxarı üstündədir. Gəl bura, elə qiymət deyəcəm ki, başqasına baxmayacaqsan. 90 kiloluq danadır, rayon heyvanı, yağlı. Nəyə istəyirsən and içim, bazarda belə ət tapa bilmərsən. Təmiz yağdı, öz yağında bişəcək”. 

Satıcının dediyi “kişmiş ət”in rəngi sapsarı idi. Satıcı elə qiymət dedi ki, həqiqətən də inanmırsan ki, bazarda o qiymətə ət ola: “Bax, səhər 9 manata satdığım ətdi, sənə 8 manata verəcəm. Ətə söhbət yoxdu, körpə danadı. Neçə kilo çəkim?”

Satıcının bu “endirim” qiymətindən sonra dərhal başqa piştaxtaya yaxınlaşmaq istəyəndə bu dəfə 55-60 yaşlı kişi yolumuzu kəsir. Bu satıcı da bəndənizi öz piştaxtasına çəkərək “bazarın ən ucuz əti məndədir” deyib reklama başladı: “Bərdə heyvanıdır. Mən başqa yerdən heyvan almıram, özüm gətirib kəsirəm, tanıdığım adamın fermasındandı. Bir dəfə ət alsan, həmişə məndən alacaqsan, başqa yerə getməyəcəksən. Nömrəmi də verirəm, pis ət olsa zəng edərsən. Sümüyü də maksimum çıxarmışam”. 

Bu satıcıdan da ətin qiymətini soruşuram. Qiymət dəyişmir. Dediyinə görə, səhər ətin kiloqramını 9 manata satıb, indi isə 8 manata qədər “endirim” edəcək. 

Satıcıdan belə ucuz qiymətin səbəbini soruşanda isə cavabı bu oldu: “Bilirəm, qiyməti ucuz olduğuna görə almaq istəmirsən. Hər yerdə ətin qiyməti 14-15 manatdı. Mən özüm gətirirəm heyvanı, ona görə ucuz satıram. Əhalini nəzərə almaq lazımdı. Camaatda pul yoxdu, ona görə ucuz satıram. Həm də bizim bazarda hamı ucuz satır deyə, rəqabət var”. 

Qarşıma çıxan daha bir piştaxtada müştəri axtarmayan satıcıya yaxınlaşıb onda satdığı ətin qiymətini soruşuram. Satıcı ağızucu “10 manat 50 qəpik” deyib yenə işinə davam edir. Niyə bu ətin qiymətinin digərlərindən baha olduğunu soruşanda isə satıcı “demək ki fərq var ətdə” dedi. Onu da dedi ki, ucuz olan ətlər  hamısı qoca inəklərdir: “Mən isə rayondan cavan danalar gətirirəm, baha satıram. Ətin fərqinə də bax, göz qabağındadır”. 

 Qeyd edim ki, bütün piştaxtalardakı ətlərin üzərində baytarlıq möhürü var. Maraqlı məqam odur ki, həmin ətlərin sağlam kəsim olmasını hansı baytarlıq labaratoriyası təstiqləyir, necə təstiqləyir və hansı əsasla möhür vurur? Kiloqramı 8 manata satılan ətin hansı keyfiyyətindən danışmaq olar? Şəhərin ən tanınmış ticarət mərkəzlərindən olan bu bazarda bu cür şəraitə göz yumanlar hansı məqsədi güdür?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin