
\"Vergi siyasətini irəli sürərkən, yoldan keçən hər şeyə vergi tətbiq etmək olmaz\"- Ekspert
Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 2024-cü ildən bankda əmanət yerləşdirənlərə güzəştlər tətbiq olunacaq. Belə ki, vətəndaşların banklara qoyduqları əmanətlərdən gələn aylıq faiz gəlirləri vergidən azad olunacaq.
Valyuta.az xəbər verir ki, əvvəllər əmanətlərdən gələn gəlirin 10 faizi vergiyə cəlb olunurdu. Artıq əhalinin müddətli əmanətlərinin miqdarının azalmasından (bu miqdar 147.7 milyon manat azalaraq 12 milyard 600 milyon civarına düşüb) sonra yeni dəyişiklik edilib.
Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, bankda əmanət qoyanlara güzəştlərin tətbiqi əmanətdən gələn gəlirə görə 10 faizlik vergi tətbiqinin düzgün qərar olmadığının etirafıdır:
“Qanun qəbul olunursa, min dəfə ölçülüb-biçilməklə, mövcud bazar münasibətlərinə, makroiqtisadi səviyyəyə uyğun olaraq atılmalıdır. Vergi siyasətini irəli sürərkən, yoldan keçən hər şeyə vergi tətbiq etmək olmaz. İnflyasiya səviyyəsinin yüksək olması fonunda vətəndaşların bank depozitlərinə gəlir vergisinin tətbiqi əslində cinayətdir. Bu dolayı yolla kapitalın bazardan çəkilməsi, vətəndaşların haqq hesablarının yastıq altına hərəkətlənməsi deməkdir. Bu isə bazar münasibətlərində ən təhlükəli andır. Vaxtilə buna gedənin nəzəriyyə və iqtisadiyyatdan anlayışı olmayıb. Kapitalın rahat şəkildə banklara daxil olmasına yol açılmalıdır”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay