
\"Türk lirəsinin ucuzlaşması bir neçə kompleks məsələnin nəticəsidir\" - Ekspert
“Türkiyə iqtisadiyyatı şaxələnmiş və dayanıqlıdır. Lirə bu gün üzən məzənnə rejiminin nəticəsi olaraq tamamilə sərbəst buraxılmış valyutadır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov türk lirəsinin dollar qarşısında dəyər itirməsini izah edərkən deyib. Ekspertin fikirincə, türk lirəsinin ucuzlaşması bir neçə kompleks məsələnin nəticəsidir:
“Əslində belə bir vəziyyət yaransa da, sonda şəffaflığa doğru gedir. Bu proses pandemiya vaxtı başlayıb. Pandemiya bir çox ölkələr kimi Türkiyə iqtisadiyyatına da ziyan vurdu. Bu ərəfədə dünya iqtisadiyyatı pandemiya ilə mübarizədə monetar və fiskal siyasət yürüdürdü. Yəni, kifayət qədər yardımlar olurdu. Elə biznes vardı ki, çökməsin deyə bütün ölkələr yardımlar edirdi. Fiskal-müəyyən dövrdə vergidən, gömrükdən və digər ödənişlərdən bir çox bizneslər azad edilirdi. Bu bütün ölkələrə aid idi”.
Fuad İbrahimovun fikrincə, 2022-ci il inflyasiya ili kimi iqtisadiyyat tarixinə düşdü:
“Banklar uçot dərəcələrini artırır. Belə olanda ən əsas göstərici inflyasiyanın qarşısının alınmasıdır. Həmin dövrdə Türkiyə Mərkəzi Bankı ardıcıl uçot dərəcəsini azaldırdı. Bu dövlət siyasəti idi. Həmin vaxt lirənin ucuzlaşması prosesi başladı. Hətta bundan sonra Mərkəzi Bankın 4 rəhbəri vəzifəsindən gedib. Bu da maliyyə dünyasında arzuolunmaz bir vəziyyətdir ki, Mərkəzi Bankın rəhbəri, ölkənin maliyyə siyasətinə cavabdeh şəxlərin vəzifələrdən kənarlaşdırılması heç də yaxşı hal deyildi. Bu daha çox panika yaratı. Bundan əlavə Türkiyədə baş verən zəlzələnin də rolu oldu. Ölkənin 10 bölgəsində baş verən zəlzələr, infrastrukturun dağılması, ölkənin xərclərlə yüklənməsi lirəni təzyiq altında saxladı. Ümid edək ki, Türkiyə prosesdən alnıaçıq çıxacaq”.
Qeyd edək ki, dekabrın 14-də birjalarda Dollar/TL məzənnəsi rekordunu yeniləyib, 29,05 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 29.00 TL, satış üzrə 29.05 TL müəyyən edib.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay