AK: "Bolqarıstan Rusiya neftini 60 dollardan baha ala bilər, çünki..."
Bolqarıstan Rusiya neftini G7 alyansının müəyyən etdiyi 60 dollar/barreldən yuxarı qiymətlərlə ala bilər, çünki məhdudiyyətlər yalnız Avropa İttifaqından kənar ölkələrə şamil edilir.
Valyuta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Daniel Şeridan bildirib.
Şeridan təsdiqləyib ki, Bolqarıstan Rusiyadan avrozona ölkələrinə dəniz yolu ilə neft tədarükünə tam qadağaya görə müvəqqəti istisnalara əl atır. AK nümayəndəsi aydınlaşdırıb ki, bu cür istisnalar gələn il dekabrın 31-də başa çatacaq.
"Neftin qiymətinin həddi yalnız Rusiya neftinin üçüncü ölkələrə daşınmasına şamil edilir", deyə Şeridan bildirib.
Keçən il dekabrın 5-də Avropa İttifaqı Rusiyadan dəniz yolu ilə neft tədarükünə embarqo qoyub, G7 və Avstraliyaya barel üçün 60 dollardan yuxarı həddi müəyyən ediblər. Bu ilin fevral ayından etibarən analoji məhdudiyyətlər neft məhsullarına (barel üçün 100 dollar və 45 dollar) təsir edib. Eyni zamanda, Rusiya nefti Qərbdən kənar vasitəçilər vasitəsilə tədarük etməklə məhdudiyyətlərdən yan keçməyin yollarını tapıb. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin avqustunda "Urals" neftinin bir barelinin qiyməti orta hesabla 74 dollar təşkil edib.
Bir gün əvvəl Şimal dənizi etalon "Brent" neftinin bir barelinin qiyməti iyunun 28-dən bəri ilk dəfə olaraq bir barel üçün 73 dollardan aşağı düşüb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay