Dünya
13.12.2023 / 12:58
Çanaqqala boğazında qatı duman səbəbindən gəmilərin hərəkəti dayandırıldı
38565
Duman səbəbindən Çanaqqala Boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.
“Yerli vaxtla saat 09:00-da Çanaqqala boğazında qatı duman səbəbindən hər iki istiqamətdə daşıma dayandırılıb”, - məlumatda bildirilir.
Çanaqqala boğazı Egey dənizini Mərmərə dənizi ilə və Boğaziçi vasitəsilə Qara dənizlə birləşdirir.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay