BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
38535

Azərbaycanın qeyri-neft məhsullarının ixracında xurma əsaslı paya malikdir. Bu ilin 10 ayı ərzində Azərbaycan 63 min 863 ton xurma ixrac edib, bu həcmdə xurmanın ixrac dəyəri 46 milyon 156 min ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 7,9%, dəyər baxımından isə 3,9% çoxdur.

Valyuta.az ölkəyə valyuta gətirən xurmanın hektarı üçün çəkilən xərc və gəlirlə bağlı araşdırma aparıb.

"Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov bildirib ki,1 hektar xurma bağı əkmək üçün lazım olan vəsait əkiləcək xurma bağının növündən aslıdır: “Xurma əkinində əsasən iki forma var, bunlardan biri klassik, digəri isə intensiv formada əkinə yaxın üsuldur. Klassik formada xurma əkininə çəkilən xərc 3 min manat civarındadır. Klassik formada əkilən bağda torpaq əkinə hazırlanır, burda tinglər alınır və əkilir. İntesiv formada salınan bağda məftilin, dayaqların alınması, tinglərin alınıb, əkilməsi çəkilən xərcin tərkib hissəsidir. İntensiv formada bağ əkəndə xərc təqribən 5-6 min manat civarında ola bilər. 

Damcılı sulama bağda bol məhsul əldə etmək üçün ən vacib şərtlərdəndir. Biz daim fermerlərə çağırış edirik ki, damcılı sulamadan istifadə etsinlər. Damcılı sulama sisteminin tətbiqi sözügedən xərclərə daxil deyil. Damcılı sulama sisteminin tətbiqi  üçün həm klassik formada, həm də intensiv formada salınan bağda 1000 manat əlavə ödəniş etmək lazımdır”. 

Q.Yusifov bildirib ki, ölkədə təqribən 13 min hektar xurma bağı var: “Xurma ölkənin 21 rayonunda əkilir-becərilir”. 

Assosiasiyası rəhbəri bildirib ki, fermerlər məhsuldarlıq üçün aqrotexniki qaydalara riayət etməlidirlər: “Fermerlər aqrotexniki qaydalara zəif riayət edirlər. Gübrələrin verilməsi, zərərvericilərlə mübarizə, budama vaxtında olmalıdır. Bəzi xurma təsərrüfatlarında beynəlxalq standartlara uyğun xurma bağı əkilir”. 

O, gəlir məsələsinə toxunub: “1 ton xurmanın ixracından 1000-1300 manat aralığında gəlir əldə etmək mümkündür. 1 hektardan 25 000 manat ətrafında gəlir götürmək olar. Bu hal bütün aqrotexniki qaydalara riayət edilən bağlarda mümkündür. 

“Azərbaycan əsasən Rusiyaya, Belarusa, Moldovaya xurma ixrac edir. Avropa bazarlarında İspaniya xurması əsaslı yerə sahibdir”, o qeyd edib. 

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin