BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
38416

Hər il yeni il bayramı ərəfəsində Azərbaycanın turizm sektorunda canlanma yaşanır. Yerli turistlər bayramı bölgələrdə keçirmək üçün səfərlər planlaşdırır, xarici turistlər ölkəmizə gəlmək üçün turpaketlər alırlar.

Valyuta.az xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bu il yeni il bayramı ərəfəsində turizm sektorundakı vəziyyətdən danışıb.

Daxili turistlərin sayı hər il artır

Onun sözlərinə görə, yeni il bayramı günləri qeyri-iş günləri olur və bir qədər uzun sürən dövrü əhatə edir: “Bayram ərəfəsində ölkədə turizm fəaliyyətləri canlanır. Lakin bu il ötən illə müqayisədə daxili turizm bazarında yeni təkliflər müşahidə olunmur. Demək olar ki, istehlakçı kütləsi də bir o qədər dəyişməyib. Daxili turistlərin sayı ildən-ilə artır. Bu, bir neçə amillə izah olunur. Bunlar qonşu ölkələrlə quru sərhədlərimizin bağlı olması, dünya turizm bazarlarında bahalaşma və digər səbəblərdir”.

Daha kreativ təkliflər olmalıdır

O bildirib ki, yerli turizm bazarında müxtəlif yeni il proqramları, turlar, əyləncələr təklif edilsə də, onların çeşidi məhduddur:

“Bu sahədə yeni, kreativ, daha maraqlı və təfərrüatlı təklifləri görmürük. İldən-ilə təkliflər təkrarlanır. Vətəndaşların və turizm şirkətlərinin hotellərin qiymətlərindən və təkliflərindən şikayət etdiklərini görürük. Xüsusilə bu şikayətlər bayramlar, tətillər və tədbirlər ərəfəsində üzə çıxır. Bu sahədə bəzi anlaşılmazlıqlar və boşluqlar belə şikayətlərə səbəb olur. Vətəndaşlarımızın əksəriyyəti regionlarda yüksək komfortlu, geniş infrastrukturlu, bir sıra əlavə xidmətləri təklif edən beş ulduzlu hotel və mehmanxana komplekslərində qalmağa üstünlük verirlər. Bu halda belə yerləşmə vasitələrinin qiymətlərindən razı olmurlar. Yəni, beş ulduzlu hotelin xidmətlərini üç ulduz və ya daha aşağı komfortlu hotelin qiymətlərinə almaq arzusunda olurlar. Bu isə qəribədir”.

Yerli biznesləri qorumalıyıq

S.Dübəndi yerli turizm şirkətlərinin də hotellərin onlara təklif etdikləri qiymətlərdən şikayətləndiyini qeyd edib:

“Bəzi hallarda deyirlər ki, “booking.com” və digər aqreqatorlarda qiymətlər onlara təklif ediləndən daha ucuz olur. Bəzən turizm şirkətləri xarici turizm şirkətlərinə hotellərin verdikləri qiymət təkliflərinin yerli turizm şirkətlərinə verilən qiymət təklifindən daha aşağı olduğunu deyirlər. Biz yerli bizneslərin mənafeyini qorumalıyıq. Amma bu, o demək deyil ki, xarici turizm şirkətinin yerli hotel üçün iqtisadi cəhətdən daha sərfəli təkliflərindən imtina edilməlidir. Düşünürəm ki, yerli turizm şirkətlərinin turizm fəaliyyətlərinin, potensiallarının gücləndirilməsi ilə daha ciddi məşğul olmalıyıq. Buna brendləşmə, maarifləndirmə, təlimlər, ixtisaslaşmış kreditlər, subsidiyalar, vergi imtiyazları və digər sosial-iqtisadi alətlər vasitəsilə nail olmaq mümkündür”.

Assosiasiya rəhbəri hesab efir ki, ümumilikdə turizm sənayesi pandemiyadan sonrakı dövrdə bərpa prosesini keçir: “Gəlmə turizmi üzrə ötən illə müqayisədə yüksək inkişaf dinamikası yaşanır. 2018-2022-ci illər ərzində ölkədə yerləşdirmə vasitələrinin sayı 85 müəsissə artaraq 727 çatıb”.

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev deyib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması yerli turistlərin regionlara daha çox üz tutmasına səbəb olur.

Ölkədə hotel qiymətləri normal səviyyədədir

Onun sözlərinə görə, son illər Azərbaycanda əlavə hotellərin tikilməsi də yerləşdirmə sahəsindəki çətinlikləri müəyyən qədər aradan qaldırıb: “Yaxın illərdə də ölkədə əlavə hotellərin tikilməsi nəzərdə tutulur. İnvestorlar bu sahəyə böyük maraq göstərir. Bu gün bölgələrdəki hotellərdə qiymətlərin normal olduğunu demək olar. Başqa ölkələrdə də əlamətdar günlərdə tələb təklifi üstələdiyi üçün kəskin qiymət artımları olur. Bizdə qiymətlər o qədər də baha deyil”. R. Quliyev bildirib ki, Quba-Qusar bölgəsində beş ulduzlu hotellərin qiyməti bir nəfər üçün 150-250 manat arasında dəyişir, dörd ulduzlu hotellərdə qiymətlər 80-150 manat, üç ulduzlu hotellərdə 40-80 manatdır. Zaqatala-Qax-Balakən bölgəsində beş ulduzlu hotellərdə bir nəfərlik otağın qiyməti 150-200 manat, dörd ulduzlu hotellərdə 50-100 manat, üç ulduzlu hotellərdə 40-60 manat arasındadır. Ekspertin sözlərinə görə, Ismayıllı-Qəbələ-Şamaxı istiqamətindəki hotellərdə digər regionlarla müqayisədə qiymət artımı bir qədər çoxdur: “Burda beş ulduzlu hotellərdə bir nəfər üçün otaq qiyməti 200-300 manat, dörd ulduzlu hotellərdə 100-200 manat, üç ulduzlu hotellərdə 70-100 manatdır. Bu qiymətlərə səhər yeməyi də daxildir”. O vurğulayıb ki, bəzi hotellər yeni il paketləri satır. Bu paketlərin qiyməti bir nəfər üçün 1 250 manatdır: “Qiymətə yeni il gecəsində şam yeməyi və üç gün ərzində səhər yeməyi daxildir. Qəbələ, İsmayıllı, Şamaxıda olan hotellərdə bu qiymət 1400-1450 manatdır”.

Rekord rəqəmlərə çata bilərik

“Hər il olduğu kimi bu il də yeni ili keçirmək üçün Azərbaycana daha çox Rusiyadan turist gələcək. Çünki orda yaşayan soydaşlarımız da bayramı keçirmək üçün vətənə üz tutur. Ərəb ölkələrindən də gələn turistlər var. Hesab edirəm ki, Azərbaycana gələn turistlərə individual yanaşma etsək, yaxın beş ildə rekord rəqəmlər əldə edəcəyik”. R. Quliyev əlavə edib ki, Azərbaycanda yeni turizm destinasiyaları yaradılıb: “İşğaldan azad edilən ərazilərimiz turizm üzrə böyük potensiala sahibdir. Bu ərazilərdə hava limanlarının fəaliyyət göstərməsi bölgəyə gələcəkdə turist axınına səbəb olacaq”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

II Dünya müharibəsi iştirakçıları və ailələrinə birdəfəlik yardım veriləcək (SƏRƏNCAM)

Ölkədə dollara tələb azaldı – Son rəqəmlər

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Britaniya 2025-ci ildə G7-nin ən zəif iqtisadiyyatına çevriləcək

Aşağı büdcə ilə səyahət edə biləcəyiniz 10 Avropa şəhəri

Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək

Bazar günü imtahan olacaq

“Baku Steel Company” şirkətində yeni təyinat

Bəzi təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Xarici turistləri rayonlara necə cəlb etmək olar?

Bu il Düşənbədən Bakıya aviareys açılacaq

Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar

Azərbaycan bu ay Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin