Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyadan və bir sıra digər ölkələrdən 185 fiziki şəxsə, habelə 181 hüquqi şəxsə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb.
Valyuta.az xəbər verir ki, sənəd Ukrayna prezidentinin saytında dərc olunub.
Qeyd olunur ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDM) 7 dekabr 2023-cü il tarixli, şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi və dəyişdirilməsini nəzərdə tutan qərarı qüvvəyə minib. Fərman dərc edildiyi gündən qüvvəyə minib.
Sənəddə qeyd olunur ki, 185 fiziki və 181 hüquqi şəxsə qarşı sanksiyalar 5 və ya 10 il müddətinə tətbiq edilir. Məsələn, siyahıya “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinov və Tatarıstanın baş nazirinin müavini - respublikanın iqtisadiyyat naziri Midhat Şaqiaxmetov daxil edilib. Siyahıda həmçinin Ukrayna, Moldova, Özbəkistan, Almaniya, BƏƏ və digər ölkələrin vətəndaşları var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay