BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8896
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2403
37780

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində 3 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivləri” mövzusunda tədbir keçirilib.

Bu barədə “Valyuta.az”a SOCAR-dan məlumat verilib.

Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində görülən işlər, həyata keçirilən proqramlardan ətraflı bəhs edib.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövşən Nəcəf SOCAR-ın ekoloji fəaliyyətinə, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə əlaqədar hədəflərinə dair məlumat verib. SOCAR-ın prezidenti hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “Sıfır metan”, 2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib. Rövşən Nəcəf bu addımların SOCAR-ın korporativ sosial məsuliyyəti ilə yanaşı, ətraf mühitin mühafizəsi baxımından nümunəvi enerji şirkətinə çevrilməsi istiqamətində atıldığını vurğulayıb.

Tədbir zamanı SOCAR-da ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, həyata keçirilən layihələr, qeyd olunan hədəflər və onlara çatmaq üçün gələcək addımlar, neft-qaz əməliyyatlarında yaşıl enerjinin tətbiqi, dekarbonizasiya və enerji keçidi sahəsində strateji məqsədlərə dair ətraflı təqdimat keçirilib. Həmin gün, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Karbon neytrallığı” konsepsiyasının həyata keçirilməsinə dair tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, daha sonra isə SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış ediblər.

Çıxışlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri haqqında məlumat verilib, bu ərazilərdə yaşıl enerji, yaşıl kənd təsərrüfatı, habelə təbiətə dost olan texnologiyaların tətbiqi ilə karbon neytrallığının təmin edilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb.

Daha sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” potensialı, bu istiqamətdə həyata keçirilən layihələr və gələcək hədəflər barədə təqdimat edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəb

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI

Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər (VİDEO)

Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?"

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Dondurulmuş ətlərə möhtac qala bilərik

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu

Paytaxtdakı bu yenilik sürücülərdə narazılıq yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Maaş və pensiyaların artımı ilə bağlı qərarlar gözlənilir

Sabah hava yağmursuz keçəcək

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?

Azərbaycan nefti ucuzlaşıb

Bu gün bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Selena Qomes milyarder oldu

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb

Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)

Kreml “Sibirin Gücü - 2” üzrə danışıqların gedişindən danışdı

ABŞ Rusiyadan gübrə alışını yenidən artırmağa başlayıb

Moldovadada “Zolotaya korona” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin