BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
36032

Sadələşdirilmiş vergi ödəyicisi olan rezident hüquqi şəxs xaricdən dividend gəliri əldə edərsə, bu zaman dividend gəlirinə görə satışdankənar gəlir kimi 2 faizlə vergi ödəyəcək, yoxsa həmin gəlir üçün mənfəət bəyannaməsi təqdim edəcək? Əgər 2 faizlə vergiyə cəlb olunacaqsa, Vergi Məcəlləsinin 127-ci maddəsindəki hüququndan istifadə edə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Valyuta.az-a bildirilib ki, Vergi Məcəlləsinin 13-cü maddəsinin müddəalarına əsasən, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər satışdankənar gəlirlərə aid edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirlər, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Buna əsasən, yuxarıda göstərilən halda, rezident hüquqi şəxsə xaricdən ödənilən dividend gəlirləri onun satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb edilir. Əlavə olaraq qeyd olunub ki, rezident hüquqi şəxs tərəfindən Azərbaycan hüdudlarından kənarda əldə edilən dividend gəlirlərindən mənfəət vergisi ödənilərkən həmin gəlirlərdən xaricdə ödənilmiş vergi, Vergi Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq, nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü və 127-ci maddələri.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin