BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
35674

2023-cü ilin əvvəlindən planetin ən varlı adamları reytinqinə daxil olan 25 rusiyalı milyarderin ümumi sərvəti 24 milyard dollar artıb.

Valyuta.az xəbər verir ki, bunu Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatları sübut edir.

Noyabrın 1-nə onların məcmu kapitalı 302,5 milyard dollar qiymətləndirilir. Reytinqin lideri Vladimir Potanin (İnterros) sərvətini 781 milyon dollar artıraraq 29,4 milyard dollara çatdırıb.

İkinci yeri 3,05 milyard dollar (cəmi 27,7 milyard dollar) qazanan “Sibur” və “Novatek” şirkətlərinin ortaq sahibi Leonid Mixelson tutur.

Azərbaycanlı milyarder, "Lukoil"in təsisçisi Vahid Ələkbərov üçüncü yerə yüksəlib - sərvətini 7,83 milyard artaraq 23,2 milyard dollara çatdırıb. Bundan başqa, o, kapital artımında digər milyarderlər arasında lider olub.

Reytinqə görə, ən böyük itkiyə Süleyman Kərimov verib - onun sərvəti 1,55 milyard dollar azalaraq 7,44 milyard dollara düşüb.

Oktyabrda milyarderlərin sərvəti daha 21 milyard dollar, o cümlədən Vahid Ələkbərovun sərvəti 6,4 milyard dollar artıb.

Bloomberg Milyarderlər İndeksi milyarderlərin öz səhmlərinə sahib olduqları şirkətlərin səhmlərinin bazar dəyəri əsasında hesablanır. Reytinqdə ilk üç pilləni hələ İlon Mask (195 milyard dollar), Bernard Arno (157 milyard dollar) və Ceff Bezos (156 milyard dollar) tutur.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Nazirliklərin avtomobilləri hərracda satılır - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin