BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
35603

Məlum olduğu kimi, dövlət tərəfindən bir sıra xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyətin icrası ilə əlaqədar dəstək tədbirləri sırasında dövlət rüsumlarından azadedilmə var. Bəs vətəndaşlar hansı rüsumların ödənilməsindən azad oluna bilər?

Valyuta.az xəbər verir ki, Hüquqşünas Şəhriyar Həbilov müvafiq rüsum ödənilməsindən xüsusi azadolunma hallarını “vergiler.az”a açıqlayıb. 

Mütəxəssisin bildirdiyinə görə, aşağıdakı hallarda vətəndaşların dövlət rüsumlarından azadolması nəzərdə tutulur:

- İnvestisiya layihələrini “Tik – idarə et – təhvil ver” modelinə uyğun həyata keçirən investorlar müvafiq qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.

- Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə də azadolmalar mövcuddur. Belə ki, iddiaçılar əməyin ödənişi, aliment alınması, müəlliflik, əlillik, istehlakçı hüquqlarının müdafiəsi hallarında ödənişdən azaddır.

- Notarial hərəkətlərin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar nəzərdə tutulur. Bu azadolmalarla bağlı konkret dairə müvafiq qanunda da ətraflı göstərilib.

- Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması ilə bağlı rüsumlar qismində doğuma, ölümə, atalığın müəyyən edilməsi halları üzrə ilkin şəhadətnamə almaq üçün rüsumdan azadolmaları göstərmək olar.

- Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi verilərkən, habelə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar qaçqın, məcburi köçkün, 16 yaşına çatmamış vətəndaşlığı olmayanlara şamil edilir.

- Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün də xüsusi azadolmalar tətbiq edilir.

- Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar qismində reyestrdə dəyişikliyə görə rüsumların tutulmamasını qeyd etmək olar.

- Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə azadolmalar mövcuddur. Misal üçün, bölgələrdəki fəaliyyətin təşkilinə görə rüsumun məbləği Bakı şəhərində tutulan məbləğdən aşağı həcmdə müəyyən edilə bilir.

- Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə bəzi hallarda azadolmalar nəzərdə tutulur. Bunlardan kolxoz, sovxoz torpağını mülkiyyətə keçirməyə görə azadolmaları göstərmək mümkündür.

- Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə azadolmalar mövcuddur. Belə ki, açıq məkanda sosial reklamın yerləşdirilməsi 1 il üçün rüsumdan azaddır. Həmçinin bölgələrdə reklamın tarifləri Bakı şəhərinə nisbətdə aşağı həcmdə müəyyən edilir.

- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin qanunda göstərilən müddətdən gec verilməsi zamanı rüsum tutulmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin