BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
35561

Azərbaycanda toyların şadlıq saraylarında keçirilməsi artıq ənənəvi hal alıb. Ona görə şadlıq saraylarının sayı Azərbaycanda sürətli şəkildə artdı. Düzdür, pandemiyadan sonra toylarda iştirak edən qonaqların sayı azaldı, bəzi şadlıq sarayları fəaliyyətini dayandırsa da, ümumilikdə, şadlıq saraylarına tələb hələ də var. Bəs biznes kimi yanaşsaq, hazırda sərmayə yatırılacaq sahədir? Ümumiyyətlə, şadlıq sarayı biznesi qurulması üçün hansı prosesdən keçirilir? Hansı məbləğdə investisiya lazım gəlir?

İş adamı Mahir Əhmədzadə Valyuta.az-a şadlıq sarayı biznesinə başlamaq istəyənlər üçün məlumat verdi. M.Əhmədzadə deyir ki, ilk olaraq şadlıq sarayı üçün doğru yer seçimi edilməlidir: “Şadlıq sarayı elə yerdə olmalıdır ki, ora insanlar rahat gəlib-gedə bilsin, gözəgəlimli yerdə olsun. Əvvəllər şəhərin mərkəzində olan şadlıq saraylarına daha çox tələb var idi. Bu gün mərkəzdən bir az kənardakı şadlıq saraylarına tələbat çoxdur. Məsələn, Bəkir Çobanzadə küçəsində 10 il əvvəl işlər yaxşı getmirdisə, indi o tərəfdə toylar çoxdur. Şəhərin mərkəzində yeni şadlıq sarayı tikmək üçün artıq yer yoxdur, amma şəhərdən kənara tələbat çoxdur. Hətta indi insanlar dənizkənarı obyektlərə üz tuturlar. Pandemiyadan sonra dəniz kənarlarında, az saylı toylar daha çox vüsət aldı”.

M.Əhmədzadə bildirdi ki, şadlıq sarayının binasını tikmək də olar, icarəyə götürmək də. Bəs xoş günlərin qeyd edildiyi şadlıq sarayını tikmək üçün nə qədər maliyyə lazımdır? M.Əhmədzadə deyir ki, qiymət təxminən 1 milyon manatdan 10 milyon manata qədər başa gələ bilər: “Çünki şadlıq sarayının mətbəx avadanlıqları çox olur, onlar çox pul aparan şeylərdir. Təmirdə istifadə olunan aksesuarlar, qab-qacaqlar çox pul aparır. Həm də indiki dövrdə şadlıq sarayı tam müasir tələblərə cavab verməlidir. Məsələn, Çin istehsalı, İran istehsalı, İtaliya istehsalı qabdan istifadə edə bilərsən. Hər biri fərqli qiymətədir”.
İş adamının sözlərinə görə, şadlıq sarayları fərqli üslublarda tikilə bilər. Əvvəllər klassik üsluba üstünlük verilirdisə, indi insanlar müasir üslublara yönəlirlər: “Əgər klassika üslubunda şadlıq sarayı timək istəyirsinizsə, bu sizə baha başa gələcək. Çünki klassika əl işidir. Orada fiqurlar, işləmələr çox olur. Modern üslub da var. Son zamanlar dəbdə olan isə konstruksiya üslubudur. Yəni bu, sahibkarın fikrinə, ideyasına və obyekti hansı formada tikmək istəməsinə bağlıdır”.

Mahir Əhmədzadə deyir ki, sahibkar tikdiyi şadlıq sarayını özəlləşdirməlidir: “Ola bilər ki, torpaq sahəsi bələdiyyənindir, bələdiyyə torpağı hansısa sahibkara icarə formasında verir. Amma binanı sahibkar özü tikir və ya özəl torpaq sahəsidir, onun üstündə olan binanı sahibkar özəlləşdirməlidir. Şadlıq saraylarının əksəriyyəti bu iki formada tikilir. Şadlıq sarayının özəlləşdirilməsi də bir az baha başa gəlir. Çünki ərazi baxımından böyük olur. Ona görə də, şadlıq saraylarının əksəriyyəti bələdiyyənin torpağında tikilmiş obyektlərdir. Yəqin ki, sonra gücü çatan sahibkar o torpağı da özəlləşdirəcək. Sənədləşmə prosesinin nə qədər vaxt alacağı qurumlara bağlıdır. Tikinti prosesindəki bütün qurumlardan keçmək lazım olacaq. Bəzi qurumda ola bilər ki, sənədləşmə bir ay çəkər, ola bilər bəzisində iki ay çəkər. Bütün sənədləriniz düz olmalıdır”. 

Şadlıq sarayını tikməyə imkanınız yoxdursa, hazır sarayı icarəyə götürə bilərsiniz. Bu zaman biznesə nə qədər xərcinizin çıxacağı icarəyə verilən sarayın şəraitindən asılıdır: “Hər binadan şadlıq sarayı etmək olmur. Söhbət icarədən gedir. Əgər özünüzün tikməyə, qurub yaratmağa imkanınız yoxdursa, amma şadlıq sarayı işlətmək istəyirsinizsə, təbii ki, icarəyə götürməlisiniz. İcarə qiymətləri 5 000-10 000, 150 000-200 000-ə qədər ola bilər. İcarəyə götürülən şadlıq sarayının təmiri yaxşıdırsa, idealdırsa, onun xərcləri ancaq ilkin bazarlığa, ərzaq alışına, və personalına çıxır. Bir də təbii ki, orada da sənədləşmə var. İcarə müqaviləsi olmalıdır, Qida Təhlükəsizliyi Agentliyində qeydiyyata düşməlidir. Müəyyən qurumlarla vergidə qeydiyyata düşməlidir, xırda sənədləşdirilmələrə də xırda xərclər çıxır”.

Mahir Əhmədzadə pandemiyanın şadlıq saraylarına çox təsir etdiyini deyir. Onun sözlərinə görə, hazırda şadlıq sarayı biznesinə pul yatırmağı məsləhət görmür: “Pandemiyadan sonra bu sahədə çox böyük geriləmə oldu. Toylarda qonaq sayı azaldı. Əvvəllər çox insan yatırımı şadlıq sarayına edirdi. Amma indiki dövrdə təzə şadlıq sarayları demək olar ki, açılmır. Ya köhnəni təmir edirlər, ya da çox nadirən təzəsi tikilə bilər. 2006-cı ildən vüsət var idi, hamı bu biznesə yatırım edirdi. İndi yoxdur. Düzdür, gələcəkdə necə olacağını bilmək olmaz. Amma mən elə başa düşürəm ki, hazırda bu biznesə qoyulan pulu hansısa istehsal sahəsinə qoymaq daha əlverişlidir”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kreditlə avtomobil almaq istəyənlərinNƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin