BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
35395

Bu gün Azərbaycanda vətəndaşların bir çox hissəsi bələdiyyələrə əmlak və digər vergiləri ödəməkdən imtina edir və bu vergiləri nə üçün ödəməli olduqlarını soruşurlar.

Valyuta.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, əmlak və torpaq vergisi yığmaq bələdiyyələrin səlahiyyətinə aiddir.

“Digər tərəfdən, bələdiyyələr müəyyən ödənişlər də toplayırlar. Bu, qanunvericiliyə uyğundur və hüquqi mülkiyyət sənədi olan hər bir kəs əmlak vergisi verməyə borcludur. Düzdür, yaşayış binalarında yaşayan vətəndaşların bir çoxu buna lazımi qaydada riayət etmir. Ancaq bu, bələdiyyələrə verilmiş hüquqdur və bələdiyyələr bu vergiləri toplamalıdırlar. Bunun üçün qanunvericilikdə müəyyən olunan vəsaitin məbləği də göstərilib və sözsüz ki, vətəndaşlar buna əməl etməlidirlər. Çünki bələdiyyə torpağı üzərində tikilən hər bir obyekt, hər bir yaşayış binası bələdiyyəyə əmlak vergisi verməlidir”, - deyə T.Rzayev bildirib.

Komitə sədri əlavə edib ki, bələdiyyələr bir çox xidmətlər həyata keçirirlər. “Son dövrlərdə bu xidmət sahələri genişlənib. Bələdiyyələrin işində xeyli dərəcədə canlanma var. Bu gün bələdiyyələr yaşıllıqların salınmasında və qorunmasında, yaşayış binalarının həyətlərində təmizlik işlərində yaxından iştirak edirlər. Ona görə də vətəndaşlar arasında maarifləndirmə işləri aparılmalıdır və qanunvericiliyin tələbləri insanlara çatdırılmalıdır. İnsanlarda bələdiyyələr haqqında hələ də əhatəli məlumat yoxdur. Ona görə də maarifləndirmə işləri genişləndirilməlidir”, - deyə o əlavə edib. 

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bakı Metropoliteni”də yeni təyinat olub

Azərbaycanda illik inflyasiya proqnozu yeniləndi

Rusiyanın yeni milyarderi kimdir?

İpoteka və Kredit Zəmanət Fondunda yeni TƏYİNAT

Mərkəzi Bank uçot dərəcəsini 7,25% həddində saxladı

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Bu instituta yeni direktor təyin olundu

Bakıda “Özbəkistan” parkı salınacaq

“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi®

Dəniz dibini xəritələmək üçün 25 milyon dollar investisiya ayrıldı

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Sürücülərin nəzərinə! Bu prospektdə yeni radar quraşdırıldı

Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır

Xaricdə təhsil alıb qayıtmayanlara hüquqi tədbir görülür - RƏSMİ

"Türkiyədə ayda 50 paltaryuyan satanı müdir qoyurlar, Azərbaycanda 500 manat alırdı"

"Türkiyədə ayda 50 paltaryuyan satanı müdir qoyurlar, Azərbaycanda 500 manat alırdı"

Dünyanın ən hündür metrosu bu ölkədə tikiləcək

Türk lirəsi bahalaşmaqda davam edir

Bu yay üçün bölgələrdəki otellərin qiyməti - SİYAHI

"Ethereum" bahalaşdı

Gözəllik salonu satışa çıxarılıb - QİYMƏT

Tez öyrənmə bacarığı ilə seçilən uğurlu iş adamının hekayəsi - SƏHƏR OXUSU

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin