BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
35318

Son günlər kriptovalyuta bazarında ciddi canlanma yaşanır. Bir neçə həftə ərzində bazarda, cüzi titrəyişləri istisna olmaqla, demək olar ki, sabit tendensiya müşahidə olunmurdu. Oktyabrın 24-də dünyanın ən bahalı kriptovalyutası olan “Bitcoin” gözlənilmədən 35 min ABŞ dolları qiymət həddini keçərək 35 280 ABŞ dollarına qədər yüksəldi. Bu, 2022-ci ilin may ayından bu günədək ən yüksək qiymət idi.

Valyuta.az xəbər verir ki, məsələni “Report”a şərh edən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev kriptovalyuta bazarındakı kəskin qiymət artımının mühüm səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, “Bitcoin”in qiymətinin artmasına səbəb iki məlumat “siqnalı” olub və onların hər ikisi ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) tərəfindən “Bitcoin” spot birja fondları (“Spot bitcoin ETF”) üçün müraciətlərin təsdiqlənməsi gözləntiləri ilə bağlıdır.

Kriptovalyuta bazarında “buğa dövrü” başlayıb

“ABŞ-nin Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsi oktyabrın 23-də SEC-ə kriptovalyutaların idarə edilməsi şirkəti “Grayscale”in müraciətinə yenidən baxılması üçün rəsmi mandat verərək avqust qərarını təsdiq edib. Məhkəmə “Grayscale”in təklif etdiyi “Bitcoin ETF”in SEC tərəfindən təsdiqlənmiş “Bitcoin” fyuçers ETF-ləri ilə fırıldaqçılıq və bazar manipulyasiyasına qarşı eyni qorumalara malik olduğunu müəyyən edib. “Nasdaq” birjasında “Spot bitcoin ETF”lərin işə salınması kriptovalyuta cəmiyyəti tərəfindən bazarda yeni bir “buğa dövrü” üçün katalizator kimi qəbul edilir.

“Spot bitcoin ETF” maliyyə və kriptovalyuta bazarları arasında boşluğu aradan qaldıra bilər

E.Quliyev hesab edir ki, hazırda kriptovalyuta bazarında “Spot bitcoin ETF” diqqət mərkəzindədir: 

”Məlumdur ki, dünyann əksər ölkələrində kriptovalyutalara hələ də hüquqi status verilməyib. Yəni kriptovalyutalar qanuni investisiya aləti hesab edilmir. Büdcəsinin müəyyən hissəsini rəqəmsal aktivlərə yatırıb pul qazanmaq istəyən şirkətlər və pərakəndə investorlar bunu sadəcə olaraq qeyri-qanuni olduğu üçün edə bilmirlər. “Spot bitcoin ETF” “Bitcoin”in qiymətini izləyən və onu spot bazarda satın alan birja ticarət fondudur. Bu fond investora birbaşa “Bitcoin” almadan dolayı yolla onun qiymətinin dəyişməsində qazanmaq imkanı verir. İnvestorlar kriptovalyuta birjaları və elektron pulqabıları ilə məşğul olmaq əvəzinə, adi broker hesabları vasitəsilə Nasdaq, NYSE kimi beynəlxalq birjalarda “Bitcoin ETF” səhmlərini ala bilərlər”.

Onun sözlərinə görə, “Bitcoin ETF” rəqəmsal valyutaya sahib olmaq və saxlamaqla bağlı risklər və mürəkkəbliklərdən narahat olmadan “Bitcoin”ə investisiya qoymağa üstünlük verən ənənəvi investorlar üçün daha əlverişli və əlçatan maliyyə alətidir:

“Gözlənilir ki, “Spot bitcoin ETF”in təsdiqlənməsi ənənəvi maliyyə və kriptovalyuta bazarları arasında boşluğu aradan götürə bilər”.

İnvestorlar səbirli olsunlar

Kriptoinvestor hesab edir ki, hazırda qiymətlərin artması hələ də spekulyativ xarakter daşıyır.

“Əsas fundamental faktorlar olan ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) uçot faiz dərəcəsini aşağı endirməyib və SEC dünyanın ən böyük investisiya nəhənglərindən biri olan “BlackRock”un “Spot bitcoin ETF”i üçün müraciətinə faktiki olaraq müsbət qərar verməyib. Ehtimal edirəm ki, kriptovalyuta sektorunda real “buğa dövrü” FRS-in uçot faiz dərəcəsini endirməsindən sonra başlayacaq. Hazırkı qlobal siyasi gərginliyi və maliyyə vəziyyəti nəzərə alsaq, FRS yaxın aylarda bu addımı atmayacaq və çox güman ki, ən yaxşı halda faiz dərəcəsini sabit saxlayacaq.

İnvestorlara məsləhət görərdim ki, səbirli olsunlar və bazarda növbəti qiymət korreksiyasını gözləsinlər. 2024-cu ilin yanvar ayında bu prosesləri daha aydın müşahidə edəcəyik. İndiki şərtlər çərçivəsində “Bitcoin”in qiyməti yenidən 29 min ABŞ dollarına qədər korreksiya oluna bilər və maksimum 37 min - 43 min ABŞ dollarına qədər yüksəlmə ehtimalı da var”, - deyə E.Quliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin