10 manatla yaradılan şirkət Nazirliyin milyonluq tenderlərini udur - <span style="color:#008000">İcmal</span>

Redaktor

09.03.2025 19:15
851

10 manatla yaradılan şirkət Nazirliyin milyonluq tenderlərini udur - İcmal

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi PHŞ Naxçıvan DOST Mərkəzi üçün alacağı avadanlıqlara 1 milyon manatdan çox vəsait ayırıb.

Valyuta.Az xəbər verir ki, bununla bağlı artıq “Mac Construction” QSC ilə müvafiq müqavilə imzalanıb. 1.230.938,47 AZN dəyərindəki müqavilə müqabilində QSC, sözügedən DOST Mərkəzini müxtəlif mexaniki avadanlıqlarla təmin edəcək.

Qeyd edək ki, “Mac Construction” QSC Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan başqa qurumların da bir neçə tenderinin qalibi olub.

QSC aldığı məbləğlər qarşılığında çirkab su anbarının təmizlənməsindən tutmuş mini futbol meydançasının qazon örtüyünün dəyişdirilməsinə qədər müxtəlif xidmətlər göstərib. 

“Mac Construction” QSC
- 20.05.2021 tarixində Dövlət Sosial Müdafiə Fondu ilə 82.426,96 AZN

- 16.05.2023 tarixində Dövlət Sosial Müdafiə Fondu ilə 12.275,54 AZN

- 24.06.2023 tarixində Sosial Xidmətlər Agentliyi ilə 97.602,52 AZN

- 02.11.2023 tarixində Dövlət Məşğulluq Agentliyi ilə 79.499,4 AZN

- 16.11.2023 tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Mərdəkan Müalicə Pansionatı ilə 38.897,52 AZN 

- 13.12.2023 tarixində Sosial Xidmətlər Agentliyi ilə 60.536,36 AZN

- 26.12.2023 tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə 132.335,82 AZN

- 12.08.2024 tarixində Sosial Xidmətlər Agentliyi ilə 14.337 AZN

- 28.08.2024 tarixində Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi ilə 51.548,3 AZN

- 21.11.2024 tarixində Sosial Xidmətlər Agentliyi ilə 490.963,99 AZN dəyərində müqavilə imzalayıb. 

Bunlardan savayı QSC bir neçə dəfə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birbaşa elan etdiyi tenderlərin qalibi olub.

Təsis edildiyi vaxtdan 1 il 5 gün sonra Nazirliyin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə respublikanın 36 şəhər və rayonunda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Sabirabad) cəmi 450 ədəd olmaqla fərdi evlərin tikintisi üzrə elan etdiyi tenderin qalibi də "MAC Construction" QSC olub və tərəflər arasında 29.323.213 AZN dəyərində müqavilə imzalanıb. Yəni 1 ev üçün ortalama 65 162 manat.

Həmçinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi bir neçə dəfə də milyonluq tenderlər elan edib ki, qalib şirkətlər arasında yenə “Mac Construction” QSC-nin adı var. 

Məsələn, 

14.12.2023 tarixində Sumqayıt DOST Mərkəzinin tikintisinin aparılması və müxtəlif təchizat avadanlıqlarının satın alınması ilə bağlı elan edilən 8.999.266,61 AZN-lik tenderin qalibi "Allintertorg" MMC və "Mac Construction" QSC birgə konsorsiumu olub

26.04.2024 tarixində Sabirabad DOST Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin satın alınması üzrə elan edilən 9.594.996,47 AZN-lik tenderin qalibləri “Kriptonit İnşaat” QSC və “Mac Construction” QSC birgə konsorsiumu olub. 

19.01.2024 tarixində Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin satın alınması ilə bağlı elan edilən 12.707.774,71 AZN-lik tenderin qalibi "Aztex Construction" MMC və "MAC Construction" QSC birgə konsorsiumu olub.

Onu da əlavə edək ki, “Mac Construction” QSC 3 sentyabr 2020-ci ildə 10 AZN nizamnamə kapitalı ilə yaradılıb. 

Şirkətin qanuni təmsilçiləri isə müxləlif zamanlarda 

- Şirinov Rəsul Şəmistan oğlu, 
- Əlmirzəyev Həzrət Qilbəli oğlu, 
- Şirinov Rəsul Şəmistan oğlu,
- Quliyev Ramin Ziyadxan oğlu, 
- Əlmirzəyev Həzrət Qilbəli oğlu, 
- Quliyev Ramin Ziyadxan oğlu, 
- Sultanov Rəşad Mübariz oğlu, 
- Quliyev Ramin Ziyadxan oğlu, 
- Sultanov Rəşad Mübariz oğlu olub. 

Hazırda isə şirkətin qanuni təmsilçisi Sultanov Rəşad Mübariz oğludur və şirkət 2010 manat nizamnamə kapitalına sahibdir. 

Yuxarıda adıçəkilən şəxslərdən heç biri haqqında açıq mənbələrdə hər hasnı bir məlumata rast gəlinmir.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Laçının Qorçu qəsəbəsində söküntü işlərinə başlanılır: Min ailə köçürüləcək

11.11.2025

İşdən icazə almaq asanlaşdı - YENİLİK

11.11.2025

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

11.11.2025

2026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı

11.11.2025

"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb

11.11.2025

Deputatdan gəlir vergisi ilə bağlı təklif

11.11.2025

Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir

11.11.2025

Sabahın hava proqnozu

11.11.2025

Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ

11.11.2025

Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL

11.11.2025

Neftimizin qiyməti ucuzlaşıb

11.11.2025

İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?

11.11.2025

Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq

11.11.2025

Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU

11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

10.11.2025

Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?

10.11.2025

ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi

10.11.2025

Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?

10.11.2025
Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

10.11.2025

Əvvəldən alınan avtomobillər 2026-cı ilin yanvarından sonra yeni qaydalarla hesablanacaq?

10.11.2025

Məzənnə

Yüklənir...