BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
34905

“Azərbaycan Dəmir Yolları” QSC sərnişindaşıma fəaliyyətində müştəri məmnunluğunun təmin edilməsi məqsədilə daha bir innovativ addım olan “ADY Mobile” tətbiqini istifadəyə verdi.
Yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradacaq. “ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi daha rahat olacaq. 

Valyuta.az xəbər verir ki, mobil tətbiq istifadəçilərə ADY kartının balansını onlayn olaraq bank kartı vasitəsilə təhlükəsiz və rahat şəkildə artırmağa imkan verir. Mobil tətbiq vasitəsilə balansı plastik kart istifadə etmədən  artırdıqdan sonra barkodu oxudaraq turniketdən keçmək mümkündür. “ADY Mobile”da təqdim olunmuş barkod oflayn rejimdə də çalışacaq. 

Bu tətbiq ADY-də gedən genişmiqyaslı transformasiya proseslərinin bir hissəsidir. Belə ki, müasir texnologiyalar və onların üstünlükləri daim araşdırılır, sərnişinlərə rahat və operativ xidmət göstərmək məqsədilə davamlı təkmilləşdirmə işləri aparılır.

Qeyd edək ki, sərnişindaşıma sahəsində aparılmış optimallaşdırma sayəsində cari ildə dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 5,3 milyon nəfər təşkil edib. Hesablamalara görə, bu il ADY tarixində ilk dəfə olaraq sərnişinlərin sayı 6 milyon nəfəri keçəcək. Gələn il isə daşınan sərnişin sayının 7 milyondan çox olacağı proqnozlaşdırılır.

Hazırda rəqəmsal dəmir yollarına transformasiya istiqamətində irəliləyən ADY beynəlxalq məsləhətçi şirkəti cəlb edərək İT sistemlərinin diaqnostikasını aparıb və "Rəqəmsallaşma Strategiyası"nı hazırlayıb. Strategiya əsasında bir çox yeniliklərlə yanaşı, sərnişindaşıma sahəsində xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində müasir həllər tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

"Naxçıvan Bank"ın gəlirləri 4 milyon manatdan çox azalıb

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

“Azərikard” rəhbərinin Türkiyəli müavini işdən ayrılıb

“Azərikard” rəhbərinin Türkiyəli müavini işdən ayrılıb

Ölkə ərazisində nə qədər kiçik sahibkarlıq subyekti var? – Bakıda 7 minə yaxındır

Azərbaycanda bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bitcoin 48 saatda 10 min manat ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Daha iki rəis müavini işdən çıxarıldı

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Avro və lirə bahalaşdı - Məzənnə

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir - Video

Azərbaycan manatının dövretmə sürəti artıb

Küləkli hava nə vaxtadək davam edəcək?

Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq

Azərbaycan nefti 3 %-ə yaxın ucuzlaşıb

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin