BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9308
  • RUB
    2.0666
  • TRY
    0.0447
  • GBP
    2.2463
34252

Cari ilin yanvar-sentyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təmin olunan müraciətlər nəticəsində 447.038 manat vəsait istehlakçılara geri qaytarılıb, 45.990 manat məbləğində dəymiş ziyan ödənilib. Vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 50 hüquqi, 14 fiziki şəxs barəsində inzibati xəta barədə protokol tərtib edilib.

Bu barədə Valyuta.az-a  Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində istehlakçı hüquqlarının qorunması, təbii inhisarların fəaliyyəti və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ümumilikdə 5 082 vətəndaş müraciətinə baxılıb. Bu, 2022-ci ilin müvafiq dövründə qeydə alınan göstəricidən (4 161 müraciət) 22,1% yüksəkdir. Hesabat dövrü ərzində Dövlət Xidmətinə daxil olan 2 162 müraciət təmin olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,9% artım deməkdir. Təmin olunan müraciətlər nəticəsində 447.038 manat vəsait istehlakçılara geri qaytarılıb, 45.990 manat məbləğində dəymiş ziyan ödənilib.

Müqayisə üçün bildirək ki, 2022-ci ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olmuş 1881 müraciət təmin olunub, 271.422 manat vəsait istehlakçılara qaytarılıb, 17.763 manat dəyərində dəymiş ziyan ödənilib.

Qeyd edək ki, istehlakçıların elektrik, su, qaz, istilik təchizatı, telefon, internet, poçt rabitəsi, dəmiryolu, hava yolu nəqliyyatı və digər xidmətləri göstərən təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı müraciətləri də yuxarıda qeyd olunan göstəricilərə daxildir.

Cari ilin yanvar-sentyabr aylarında daxil olan vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 14 fiziki şəxs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati tənbeh vermə haqqında qərarı ilə cərimə olunub, 50 hüquqi şəxs barəsində tərtib olunmuş protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

İnzibati xəta barədə protokollar 32 halda mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması, 9 halda qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, 8 satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, 6 halda istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməsi, 4 halda dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən fərqli qiymətə satılması, 4 halda ictimai iaşə müəssisəsində istehlakçılara təqdim olunan menyunun düzgün tərtib olunmaması, 1 halda istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsi əlaqədar tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yük avtomobili istehsalı 7 dəfədən çox azalıb

Qiymət bahalaşdı, istehsal azaldı

Nizamnamə kapitalı 0 olan şirkətin 100 mindən çox borcu var

UFAZ-ın 129 min manatlıq tenderi ləğv edildi

Ümumi istehsal 15% artsa da, geyim istehsalı hələ də aşağıdır

200 manatlıq şirkətin 188 min vergi borcu var

Çinin Trampa qarşı ticarət müharibəsində yeni silahı: 7 "kiçik çubuq"

Bir ildə 23 satınalma müqaviləsi bağlayan şirkətin 17 min manat vergi borcu var

Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi

Xəstəxanadan deputata məxsus olduğu deyilən şirkətə 123 min manatlıq sifariş

Bu tekila və viskilər saxta imiş - FOTOLAR

Hidrometrologiya Xidməti: Bakıda hazırda yağıntının miqdarı normadan 2 dəfə çoxdur

Bu ərazilərdə qaz kəsiləcək

AQTİ-nin maliyyə hesabatları yoxlanılacaq

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

100 illik ayaqqabı markası müflis oldu

AZAL: "2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq"

Külli miqdarda borcu olan şirkət bağlandı

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verdi

AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

"OpenAl" tamamilə yeni sosial şəbəkəyə hazırlaşır: Nələr məlumdur?

Səhmlərdən əldə edilən gəlirin vergiyə cəlb olunmasında YENİLİK

“Aqrarkredit”ə məxsus torpaq və evlər satışa çıxarılır - 5350 manatdan başlayan qiymətlər

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin edildi

“Azər Türk Bank” kredit faizlərini artırdı

Kapital Bank 6 nominasiyada mükafatlandırıldı®

Kartdan karta deyil, POS-terminal üzərindən: Nağdsız ödənişlərin düzgün tətbiqi yolları

Kartdan karta deyil, POS-terminal üzərindən: Nağdsız ödənişlərin düzgün tətbiqi yolları

"Hacı Mazan"ın məşhur oteli satılıb? - Qardaşı oğlu rəhbərlikdən ayrıldı

Yağışla bağlı zərər görən vətəndaşlara pul veriləcək? - AÇIQLAMA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin