BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
34167

Tel-Əviv və Fələstinin radikal HƏMAS hərəkatı arasındakı münaqişə ABŞ-ın Fələstini dəstəkləyən İrana qarşı daha sərt sanksiyalarına səbəb ola, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşması perspektivlərini təhlükə altına sala və “Yaxın Şərqdə münaqişəni genişləndirə bilər”. 

Valyuta.az "Politico"ya istinadla xəbər verir ki, bu nəticələrdən hər hansı biri öz növbəsində yanacağın qiymətində kəskin sıçrayışa səbəb ola bilər.

"Lipow Oil Associates" enerji konsaltinq şirkətinin rəhbəri Endi Lipounun fikrincə, qiymətlərin artması ehtimalı "münaqişənin hazırda neft tədarükünə təsir etdiyi üçün deyil, digər oyunçuların, məsələn, HƏMAS-ı dəstəkləyən İranın da cəlb oluna biləcəyi ilə bağlı narahatlıqlara görə ola bilər”.

Bildirilir ki, bəzi enerji sənayesi analitikləri ABŞ prezidenti Co Baydenin həqiqətən də İrana qarşı sanksiyaları sərtləşdirəcəyinə inanırlar. Mütəxəssislər hesab edirlər ki, o zaman "neftin dünya qiymətləri simvolik göstəricini 100 dollar/barel həddini keçə bilər", - nəşr yazır.

Yaxın Şərqdə vəziyyətin yeni gərginləşməsi oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu ilə başlayıb. HƏMAS hücumu İsrail hakimiyyətinin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab olaraq əsaslandırır. İsrail müharibəyə hazır vəziyyətə keçdiyini və Qəzza zolağının tam blokadaya alındığını elan edib.

“The Wall Street Journal” yazır ki, münaqişənin inkişafının yeni mərhələsi Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin yaxşılaşması ehtimalını təhdid edir. Oktyabrın 8-də İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib ki, HƏMAS-ın yəhudi dövləti ərazisinə hücumu və Qəzza zolağında vəziyyətin gərginləşməsi səbəbindən ölkə hakimiyyəti Ər-Riyadla münasibətlərin normallaşdırılmasından imtina etmək niyyətində deyil. Sentyabrın 21-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl "Səud Fox News" telekanalına müsahibəsində deyib ki, krallıq İsraillə münasibətləri normallaşdırmağa “hər gün daha da yaxınlaşır”. Eyni zamanda o vurğulayıb ki, Fələstin məsələsi Ər-Riyad üçün əsas olaraq qalır. 

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı - Məzənnə

Varren Buffett: "Sərvətimi övladlarıma yox, insanlığa buraxıram" - SƏHƏR OXUSU

"Google"un reklam bazarındakı dominantlığına qarşı mübarizə davam edir

"Google"un reklam bazarındakı dominantlığına qarşı mübarizə davam edir

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin