Pakistan Rusiyadan nefti yalnız tavandan aşağı qiymətə almaq istəyir
Pakistan hakimiyyəti 100 min ton həcmində Rusiyanın Urals neftinin sınaq partiyasının emalının nəticələrini ətraflı öyrənib və yanacağa G7 ölkələri tərəfindən müəyyən edilmiş barel üçün 60 dollardan yuxarı qiymət ödəməmək qərarına gəlib.
Valyuta.az xəbər verir ki, bu barədə yerli “The News” nəşri ölkənin Energetika Nazirliyinin yüksək vəzifəli nümayəndəsinə istinadən yazır.
Rəsmi məlumata görə, Pakistan Refinery Limited Rusiya neftindən 10% benzin, 60% soba mazutu və 10-15% dizel yanacağı istehsal edib. Qalan 15% isə digər məhsullara gedib. “The News” yazır ki, şirkət Brent markalı neftin qiymətinin 25%-ini itki ilə soba mazutu ixrac etmək məcburiyyətində qalıb.
Mənbə qeyd edib ki, Rusiya bundan əvvəl xərclərini azaltmaq üçün Pakistandan mazut almağa razılaşıb, lakin tərəflər tədarükün dəyəri ilə bağlı hələlik razılığa gəlməyiblər.
Ayrı-ayrılıqda, İslamabad Moskvadan daha yüksək keyfiyyətli, məsələn, Sokol və ya Sibir Light Oil kimi daha bahalı neft satmağı xahiş edib. Amma rəsmilər Rusiyanın bir barel üçün 35 dollar endirimə hazır olduğuna əmin deyillər.
Pakistan hakimiyyəti xam neftin idxalı üçün Rusiya ilə uzunmüddətli kommersiya müqaviləsi bağlamağın məqsədəuyğun olduğunu irəli sürüb. Amma yerli özəl şirkətlər bunun əleyhinədir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay