
Ukraynalı sahibkarlar bir il sonra \"Google Maps\"də vacib funksiyanı bərpa etdilər
Ukraynalı sahibkarlar öz bizneslərini yenidən "Google Maps"də qeydiyyatdan keçirə bilərlər.
Valyuta.az xəbər verir ki, Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Mixail Fyodorovun "Telegram"da verdiyi məlumata görə, ötən ilin aprelində Google təhlükəsizlik amillərinə görə Ukraynanın "Google" biznes xidmətindən istifadə və xəritələrə yeni obyektlər əlavə etmək imkanını bloklamışdı.
Bu səbəbdən ukraynalılar rəylər yerləşdirə, suallar verə və biznesləri haqqında məlumat əlavə edə bilmirdilər.
Nazirin sözlərinə görə, Rəqəmsal İnkişaf Nazirliyinin komandası "Google" ilə birgə işləyib və bu, yenidən yeni obyektlər əlavə etmək və şərhlər yazmaq imkanı verib.
"Balanslı və ədalətli qərara görə "Google"a təşəkkürlər. Bu, genişmiqyaslı müharibəyə baxmayaraq, inkişaf edən, yeni iş yerləri yaradan və dövlətin iqtisadiyyatını dəstəkləyən ukraynalı sahibkarlara kömək edəcək", - Fyodorov bildirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay