BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
32056

"Azərbaycanın tarixi abidələri bu ölkənin təbii brendidir. Gözəl təbiətimiz isə milli sərvətimizdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bu il Avropadan Azərbaycana gələn turistlərin sayının artmasından danışarkən deyib. 

Ekspert bildirib ki, bu brendləri tanıyanlar çoxaldıqca, Azərbaycana səfər etmək istəkləri olan əhalinin sayı çoxalacaq: 

"Ümumiyyətlə, Azərbaycan gəzmək üçün Avropa ölkələrinin maraq dairəsində olan ölkələr siyahısındadır. Avropalılar Azərbaycana yalnız istirahətə gəlmir. Azərbaycana onlar tarixi abidələrini görmək, müəyyən təbiət hadisələrini müşahidə etmək, Xəzər dənizi sahilində olmaq üçün üz tuturlar. Avropalılar üçün Azərbaycanın təbiəti, tarixi abidələri həmişə cəlbedici olub”. 

Ekspert bildirib ki, Avropadan Azərbvaycana turist səfərlərinin sayı artıb:

"Bu il artımın yüksək faizlərlə görünməsinin səbəbi Azərbaycana turist axının azalması ilə bağlıdır”.

Akif Nəsirlinin sözlərinə görə, quru sərhədlər bağlı olduğundan və turist sayı az olduğu üçün Avropadan Azərbaycana gələn turistlərin xüsusi çəkisi çox görsənir, yəni 17 faiz artım var: 

"Əvvəllər Azərbaycana 5-6 milyon turist gəlirdi. Amma indi turist səfərinin sayı 1-2 milyona enib. Buna da səbəb quru sərhədlərin bağlı olmasıdır. Əslində, Avropa ölkələrindən gələn turistlərin Azərbaycan üçün cəlbediciliyi əvvəli dövrlə müqayisədə artmayıb. Turizm elə bir sektordur ki, məsələn, bu gün Almaniyadan Azəraycana 10 turist gəlirsə, onlar yaxşı təəssüratla qayıdırsa, gedərkən bunu 100 nəfərlə bölüşür. Növbəti ildə daha 10-15 nəfər turust gəlir. Bu tendensiya son 15-20 ildə müşahidə edilməkdədir. Avropadan Azərbaycana səfər edənlərin artım tempini ayrıca göstərməyiblər. Ümumi turist axının arasında göstərinlər, ona görə də faiz bir qədər yüksək görsənir”. 

Turistlərin tərkibinə gəlincə, Akif Nəsirli hesab edir ki, Azərbaycan üçün Avropa ölkələrindən gələn turistlərin sayının çoxalması müsbət göstəricidir: 

"Az inkişaf edən və inkişaf etməkdə olan ölkələrdən gələn turistlərlə Avropa ölkələrindən gələn turistlərin fərqi böyükdür. Hər bir avropalı turist Azərbaycana gələrkən digər inkişaf etməkdə olan ölkələrdən gələn turistlərdən 5-10 dəfə daha çox vəsait xərcləyir və ölkəyə daha çox xeyir verir”. 

Akif Nəsirli hesab edir ki, ərəb turistlərinin imkanları Avropa turistlərinin imkanlarından aşağıdır: 

"Avropalılar düşünmür ki, biletlər bahadır, ya ucuz. Quru yol açıq olsa, Gürcüstana gələn turistlərin 70-80 %-i Azərbaycana səfər edər. İndi onlar Azərbaycan əvəzinə Ermənistana səfər edir. Bu il Ermənistana səfər edən avropalı turistlərin sayı 4 dəfə artıb”. 

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 37.4 faiz artaraq 1 milyon 143 minə çatıb. Avropalıların sayının artması, ərəb tursitlərinin səfərlərin azalması qeydə alınıb. Belə ki, bu müddətdə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin