BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
31974

Ağstafa rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. 

Ağstafa Aqrar Sənaye Kompleksinin ərazisində təşkil edilən festival çərçivəsində mövsümün növbəti toxum sərgi-satış yarmarkası təşkil olunub.  Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında Ağstafa, Tovuz, Qazax, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından toxum istehsalçıları və fermerlər qatılıb. 

Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə “Tərəvəz toxumlarının innovativ üsullarla istehsalı” mövzusunda təlim keçirilib, müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib. 
Festival çərçivəsində həmçinin kənd təsərrüfatı təyinatlı texnologiya və avadanlıqların sərgi və nümayişi, “Rusiya-Azərbaycan tarla günü - 2023” keçirilib.

Tədbirlərdə Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət müəssisələrinin qurumları öz fəaliyyətləri və xidmətləri barədə məlumat verib, eləcə də aqrar sahədə fəaliyyət göstərən 60-dan artıq yerli və xarici şirkət məhsullarını nümayiş etdiriblər.

“Rusiya-Azərbaycan tarla günü-2023” çərçivəsində Rusiyanın ixtisaslaşdırılmış texnika bazarının seçilən 14 şirkəti öz məhsul və avadanlıqlarını sərgiləyib.

Tədbir boyunca Rusiyanın aparıcı kənd təsərrüfatı maşınqayırma müəssisələri  öz texnika və avadanlıqlarını əyani şəkildə sərgiləməklə yanaşı, məhsullarının təqdimatlarını və sınağını yerli şirkət və fermerlərə göstərmək imkanı əldə ediblər.

Rusiya Ticarət və Sənaye Nazirliyinin təşkilatçılığı və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə “Azərbaycan və Rusiya kənd təsərrüfatı və qida mühəndisliyi sahələri üzrə əməkdaşlığın inkişafı üzrə” mövzusunda dəyirmi masa  keçirilib. 
Tədbirdə yerli və xarici şirkətlər, dövlət qurumlarının mütəxəssisləri arasında müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və işgüzar əlaqələrin formalaşması istiqamətində Rusiya  və yerli şirkətlər, dövlət qurumları arasında biznes görüşləri keçirilib. 

Qeyd edək ki, Ağstafa rayonunda təşkil edilən festival Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən sayca 20-ci tədbirdir.

Növbəti festival 31 avqust tarixində Qusar rayonunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

QHT-lərə yeni cərimələr tətbiq olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin