BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
31848

Hələ də fermerlər öz təsərrüfatlarını yaratmaq və inkişaf etdirmək üçün banklardan kredit almaqda çətinlik çəkirlər. Ölkəmizdə çoxdan iri və yaxud kiçik olmaqla fermer təsərrüfatları yaranıb. Eyni zamanda, bu illər ərzində bank sistemi də inkişaf edib. Amma yenə də banklar digər sahələrlə müqayisədə, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə kredit verməkdə maraqlı deyillər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov Valyuta.az-a açıqlamasında bildirib ki, hazırkı şərtlər daxilində sözügedən sektor banklar üçün səmərəli deyil:

“Fermer təsərrüfatları üzrə də bazar şərtləri uyğun olsa, məmuniyyətlə banklar həmin sektora da pul yatırar. İndiki şərtlər daxilində bir neçə ciddi amil kənd təsərrüfatının maliyyələşməsi istiqamətində bank sektorunun maraqlarına mənfi təsir edir. Bunlar aşağıdakılardır: Aqrar sektorda uçot yoxdur. Bu sahədə fəaliyyət göstərən müəssisələrin mənfəət göstəricilərini müəyyən etmək çətindir”. 

Həmsöhbətimizə görə, burada risk amili də yüksəkdir: 

“Aqrar sahədə məhsuldarlıq təbii faktorlardan asılıdır. Belə olan halda, təminat, sığorta mexanizmləri dövriyyəyə daxil olmalıdır. Amma ölkəmizdə aqrar sığortanın əhatəliyi də zəifdir, cəmi 4-5 faiz nisbətindədir. Digər tərəfdən, banklar kredit vermək üçün likvid aktivlər tələb edir. Bu zaman ucqarda fəaliyyət göstərən fermerdən də Bakı şəhəri və ya Abşeron yarımadasında yerləşən daşınmaz əmlakın girov qoyulması tələb olunur. Banklar bu tələbi ödəmək imkanında olmayan fermerlərin müraciətini belədə müsbət dəyərləndirmir. Banklar həmçinin, aqrar sektor üzrə daşınmaz əmlakın girovluğu məsələsinə isti yanaşmır. Çünki həmina aktivlərin sığortası yoxdur. Habelə kənd sakinlərinin əksəriyyəti daha çox ailə təsərrüfatlarına üstünlük verir. Kənd təsərrüfatında istehsal olunan məhsulların 90 faizi məhz ailə təsərrüfatları və fərdi təsərrüfatlarda istehsal olunur. Onlarla maliyyə münasibətlərinin qurulması isə çətindir. Çünki burada mühasibatlıq, hesabatlılıq yoxdur”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

QHT-lərə yeni cərimələr tətbiq olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin