\"Azərbaycanda dizel bahalaşmayacaq, çünki...\" - Ekspert
"Bloomberg”in məlumatına görə, dünya dizel yanacağı ehtiyatları bu gün tarixən aşağı səviyyədədir. Analitiklərin fikrincə, ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər. Təchizat tərəfində hər hansı bir pozulma və ya tələbin gözlənilməz artımı bu kritik enerji məhsulunun qiymətini sürətlə yüksəldə bilər.
Xüsusilə Avropada və ABŞ-ın Atlantik sahillərində vəziyyət gərgindir. “Wood Mackenzie” tərəfindən şimali və qərbi Avropada dizel ehtiyatlarının yaxın aylarda azalacağı proqnozlaşdırılır.
Qeyd olunur ki, vəziyyət neft emalı zavodlarının daha yüngül neft növlərinə keçməsi ilə daha da ağırlaşıb ki, bu da dizel yanacağının istehsalının azalmasına səbəb olub. Bu fonda da Amerika və Avropada dizel yanacağının qiymətində müəyyən artımlar baş verib.
Yaranmış vəziyyət Azərbaycanda da dizel yanacağı məsələsində anoloji artımlara səbəb ola bilərmi?
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Valyuta.az-a açıqlamasında bidlirib ki, Azərbaycanda dizel yanacağının qiyməti bahalaşmayacaq:
“Dünyada dizel yanacağının bahalaşmasının Azərbaycanın daxili bazarına heç bir aydiyyatı yoxdur. Çünki Azərbaycan xaricdən dizel yanacağı almır. Azərbaycan onu daxildə hasil və emal edir. Ona görə də xaricdə dizel yanacağının qiymətinin bahalaşması öz təsirini Azərbaycanda göstərməyəcək. Ölkəmizdə dizel yanacağının qiymətini Tarif Şurası tənzimləyir. Bu mənada onun qiymətinin bahalaşıb-bahalaşmayacağı Tarif Şurasından asılıdır”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay