BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
31695

Azərbaycanda 17 qum-çınqıl, 1 əhəngdaşı və 1 keramika yatağı hərraca çıxarılır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 27-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Hərraca Daşkəsəndə “Çovdar” (7 ha), Ağstafada “Yuxarı Salahlı” (22 ha), Tovuzda “Aşağı Zəyəmçay” (2 ha), Şəmkirdə “Aşağı Zəyəmçay” (4 ha), İmişlidə “İmişli” (11 ha), “Bəhrəmtəpə I” (32 ha) və “Bəhrəmtəpə II” (19 ha), Şabranda “Gilgilçayın cənub-qərb cinahı” (18 ha), Siyəzəndə “Gilgilçayın cənub-qərb cinahı” (10 ha) və “Gilgilçay III” (2 ha), Qaxda “Kürmükçay” (18 ha), Zaqatalada “Qaraçay I” (30 ha), Şəkidə “Qaşqaçay” (2 ha), Bakının Qaradağ rayonunda “Şahqaya” (3,7 ha) və “Şonqar” (7 ha), Tərtərdə “Söylən” (0,8 ha), İsmayıllıda “Bilistan II” (3,1 ha), Qəbələdə “Türyançay III” (4 ha) və “Xırxatala” (2 ha) faydalı qazıntı yataqları investorlara təklif olunacaq.

Qeyd edək ki, Azərbaycanda uzun müddətdir tikinti materialları ehtiyatlarından istifadə sahəsində böyük problemlər var.  Xüsusilə böyük neft pullarının axınından sonra başlanan tikinti bumu dövründə ölkənin bütün ərazisi boyu daş,qum-çınqıl, gil və sair yataqlardan nizamsız, əksər hallarda ekoloji tələblər çox kobud formada pozularaq ististmarı həyata keçirilib. tikinti bumunun mərkəzi olan Bakıya yaxın ərazilərdəki yataqlar sözün həqiqi mənasında vəhşicəsinə talanıb, yüz min hektarlarla sahəyə böyük ekoloji zərər vurulub. Hökumət bu sahəyə 2018-ci ildən sonra yetirməyə başlayıb: qum-çınqıl karxanalarının çay yataqlarında özbaşına fəaliyyətinə görə sel suları körpüləri yuyub aparandan sonra. 2018-ci ildən hökumət bütün ölkə boyu daş, qum-çınqıl və digər tikinti materialları istehsalı üçün zəngin yataqlarda monitorinqlərə başlayıb. İlk olaraq Bakı və ətrafındakı daş karxanalarında yoxlamalar aparıldı, iki il ərzində onların sayı 800-dən 300-dək azaldıldı. Daha sonra qum-çınqıl istehsalı sahəsində vəziyyət araşdırıldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı məlumatdan aydın oldu ki, əksər hallarda çay yataqlarından götürülən qum-çınqıl xammalı bərpa prosesini dəfələrlə üstələdiyi üçün istismar dərinliyi nəzərdə tutulan həddini aşır, bu da ciddi ekoloji problemlər yaradır. Nəticədə çayların ətrafında olan strateji infrastruktur (hidrotexniki qurğulara, körpü və bəndlərə) real təhlükə yaratmaqla ekzogen geoloji proseslərin (sürüşmə, çökmə və s.) yaranmasına səbəb olur. Qum-çınqıl, o cümlədən əhəngdaş karxanalarının yerləşdiyi ərazilərin təbii landşaftı ciddi olaraq korlanır. Çay vadilərində faydalı qazıntıların sistemsiz şəkildə istismarı nəticəsində əmələ gəlmiş çoxsaylı iri çuxurlar, çökəklər və təpəciklər eybəcər bir mənzərə yaradır. Həmçinin, daş karxanalarında köhnə texnoloji avadanlığın istifadəsi, istismar başa çatmış yataqlarda rekultivasiya işlərinin aparılmaması ciddi ekoloji fəsadlar yaradır.

Beləliklə, hökumət qərara gəldi ki, tikinti materialları istehsalı üçün xammalla zəngin yataqların hərrac yolu ilə istifadəyə verilməsinə başlasın. Bu məqsədlə 2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradıldı. Hərracların təşkili ilə bağlı İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında razılaşma əldə olundu. Rəsmi açıqlamada bildirilirdi ki, bu addımın məqsədi bölgələrdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadi mühitin genişləndirilməsi, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasıdır.

İlkin olaraq Ağcabədi, Beyləqan, Goranboy, Göygöl, Qazax, Tovuz rayonlarında yerləşən yataqların hərrac qaydasında istifadəyə verilməsi həyata keçirildi.  Qəbul edilmiş qaydalara əsasən yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün digər sənədlərlə yanaşı iddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surətini; iddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumatı da təqdim etməlidir.

Hərraclara çıxarılan qum-çınqıl yataqlarının dəyəri hər 10 min kubmetr ehtiyatın 1000 manata qiymətləndirilməsi ilə müəyyən olunur. Məsələn, 60 min kubmetr ehtiyatı olan yataq 6 min manata, 100 min kubmetr ehtiyatı olan isə 10 min manata satılır. Əksər hallarda yataqlar elə başlanğıc qiymətə satılır. Nadir hallarda qiymətin  artması müşahidə olunur. Məsələn, iyun ayında hərraca çıxarılan 28 yataqdan yalnız biri üzrə hərrac başlanğıc qiymətdən yüksək məbləğə yükunlaşıb - ehtiyatı 160 min kubmetr qiymətləndirilən Quba rayonu Qorxmazoba qum-çınqıl yatağının ilkin qiyməti 16 min manat  müəyyən olunsa da, hərracın yekununda “Falcom” MMC-yə 17500 manata satılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Faydalı Qazıntı Ehtiyatlarının Dövlət balansında 15 gips, anhidrit, gəc, 3 keramika xammalı, 2 dolomit, 1 seolit, 3 bentonit gili, 2 kvarsit, 3 mineral boya, 59 mişar daşına yararlı xammal (əhəngdaşı, tuf, qum daşı, travertin), 22 üzlük daşı, 9 tikinti daşı, 76 qum-çınqıl, 17 tikintiqumu, 101 kərpic istehsalı üçün yararlı gil xammalı, 16 sement xammalı, 18 əhəng xammalı yataqlarının  ehtiyatları qeydə alınıb.

Hazırda bu yataqların böyük əksəriyyətində istismar işləri həyata keçirilir. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidovun dediyinə görə, ölkə ərazisində 134 qum-çınqıl yatağı mövcuddur. Bu yataqlar əsasən şimal bölgəsində - Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir.

Onun sözlərinə görə, Agentliyin fəaliyyəti dövründə İmişli, Quba, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Lənkəran rayonları ərazisindən keçən çay yataqlarında 97 müəssisənin fəaliyyəti dayandırılıb. Onlardan 49-u Quba, 21-i İmişli, 9-u Tərtər rayonu ərazisində yerləşir.

Bu ilin yanvarında ümumilikdə respublika üzdə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədə olub. Bunlardan 46-na Agentlik tərəfindən 2021-2022 ci illərdə hərrac vasitəsilə icazə sənədi verilib.

E.Məcidov bildirir ki, faydalı qazıntı yataqlarının hərrac yolu ilə istifadəyə verilməsində əsas məqsəd azad rəqabət mühtinin yaradılması, dövlətin qoyduğu tələblərə cavab verən fiziki və hüquqi şəxslərin yataqlarda işləməsinin təmin edilməsidir: “İyul ayında cənab Prezident İlham Əliyevin fərmanı ilə ”Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanında dəyişiklik edilib. Dəyişikliklər faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların keçirilməsi prosesinin təkmilləşdirilməsi xarakteri daşıyır".

Agentlik rəsmisinin verdiyi məlumata görə, 2021-ci ildə 84 lot, 2022-ci ildə 92 yataq sahəsi, 2023-cü ilin ötən dövründə 49 lot üzrə hərrac keçirilib. Sentyabrda isə 58 lot üzrə daha bir hərrac keçiriləcək. E.Məcidov qeyd edir ki, hərraca qatılan şirkətlər qarşısında ciddi ekoloji tələblər qoyulur: “İstifadə müddətində həmin tələblərə əməl olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif strukturları tərəfindən monitorinqlər təşkil edilir. Məsələn, bizdə əsas diqqət qum-çınqıl karxanaları ilə bağlı çay yataqlarının bərpaolunma dərinliyi tələbinə əməl olunmasına yönəldilir. Elə ərazilər var ki, çay yatağının bərpa olunma dərinliyi 2 metr, eləsi var 1,5-1 metrdir. Şirkətlər bu amili mütləq nəzərə almalıdılar ki, çay yatağı vaxtında bərpa oluna bilsin. Daş karxanaları ilə bağlı bizim əsas tələbimiz istehsalın ekoloji normalara uyğunluğunu təmin edən müasir avadanlıqlardan istifadəyə, həmçinin tullantıların normalara uyğun anbarlaşdırılmasınadır. İndiyədək hərrac yolu ilə istifadəyə verilən sahələrdə bu tələblərin pozulması halları aşkarlanmayıb”.

Agentlik rəsmisi onu da bildirir ki, faydalı qazıntı yataqlarından istifadəyə görə ödənilən pullar ETSN nəzdində fəaliyyət göstərən Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ödənilir. Fond ölkə ərazisində yeni faydalı qazıntı yataqlarının kəşfiyyatı, aşkarlanması ilə məşğuldur.

Məlumdur ki, işğaldan azad olunan ərazilərdə sürətli tikinti-bərpa işləri həyata keçirilir. Bu işlər böyük həcmdə tikinti materiallarına tələb yaradır. Bu baxımdan, azad olunan ərazilərdəki faydalı yataqların mümkün qədər tez istismarına başlanması zəruridir: “İqtisadiyyat Nazirliyi Ağdam rayonu ərazisində Şahbulaq mişar daşı yatağını istifadəyə verib. Biz də Dövlətyarlı yatağının hərraca çıxarılmasına hazırlaşırıq. Orada minatəmizləmə prosesi yekunlaşıb, zəruri razılaşmalar əldə olunub.  İlin sonunadək yəqin ki, onu da hərrac yolu ilə istifadəyə verəcəyik”.

Mənbə: Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat

“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq

Türkiyədə inflyasiya bu tarixdən təkrəqəmli olacaq

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib

Sıradan çıxan gəmi üzündən Boğaziçində nəqliyyatın hərəkəti dayandırıldı

Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edildi

İşləmək üçün ən çox üz tutulan ölkələr – TOP 7

Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı 45%-ə yaxın artıb

Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır

Şahin Bağırovdan yeni təyinat

Şahin Bağırovdan yeni təyinat

Azərbaycan ilə Gürcüstan arasında ticarət döviyyəsi 100 milyona yaxın azalıb

Mayın 5-də keçirilən buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib

Müharibə veteranları hansı vergilərdən azaddır?

Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib ®

Yol polisi hava şəraiti ilə bağlı müraciət edib

Diplomu tanınmayan şəxsləri işə götürürlər?

Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

Müştəri məmnuniyyəti niyə vacibdir?

“Azəri Star Mikromaliyyə” növbəti dəfə zərər edib, yığılmış zərəri 700 min manata yaxınlaşıb

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Şirkətlər niyə təcrübəli marketoloqlar axtarır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin