BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
31362

Günəş vannası qəbul etmək üçün optimal vaxt səhər 8-dən 11-ə, axşam 16-dan 19-a qədərdir. 11:00-dan 16:00-a qədər vaxt çimərlik üçün arzuolunmazdır.

Valyuta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.

Həkimin sözlərinə görə, günvurma və günəş yanıqları adətən bu saatlarda baş verir, çünki bu zaman ultrabənövşəyi şüalar daha aktivdirlər: "Günəş yanığı günvurma qədər təhlükəlidir, onun nəticələri çox ciddi ola bilər. Qızartı, ağrı, yerli qızdırma, şişkinlik kimi şikayətlərdən başqa günəş yanıqlarının gecikmiş ağır fəsadları ola bilər. İntensiv günəş şüaları təsiri altında dəri vaxtından əvvəl qocalır. Belə ki, günəş dərini elastik və hamar edən kollagen və elastin liflərini məhv edir. Zədələnmiş dəri özünü bərpa etmək qabiliyyətini itirir. Əsasən üz dərisi günəşə çox həssasdır. Üzdə günəş şüaları təsirindən hiperpiqmentasiyalı sahələr, vitiliqo, dərinin kobudlaşması, qırışması və sallanması ola bilir".

Həkim qeyd edib ki, günvurma hər yaşda və cinsdə olan insanlara təsir edə bilər, lakin uşaqlar və yaşlılarda risk daha yüksəkdir: "Uşaqlarda bədənin fizioloji termorequlyasiyası hələ də tam formalaşmayıb, yaşlılarda isə artıq zəifdir. Həmçinin, ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzinin patologiyaları, qaraciyər sirrozundan əziyyət çəkən insanlar tez-tez və daha asan günvurmaya məruz qalırlar".

Günay İsmayılova vurğulayıb ki, günvurmanın əlamətləri müşahidə olunduqda dərhal ilkin yardım göstərilməlidir.

“Eyni zamanda unutmayın ki, bu ilk yardımdır və təcili yardım çağırmaq daha yaxşıdır, çünki zərərçəkənin vəziyyətini düzgün qiymətləndirmək, xüsusən də uşaqlarda və yaşlılarda, adətən çətin olur. Zərərçəkmişi dərhal kölgəli və sərin yerdə horizontal (şaquli düz) vəziyyətdə uzatmaq, başına buz və ya soyuq kompres qoymaq lazımdır. Əgər huşu özündədirsə, ona sərin suyun verilməsi tövsiyə edilir”, - deyə mütəxəssis qeyd edib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

IFC Azərbaycandakı strateji prioritetlərini açıqlayıb

Azərbaycanın kənd təsərrüfatında karbon emissiyasını azaltmaq üçün tələb olunan investisiyaların həcmi açıqlanıb

Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi 3 dəfəyə yaxın artıb

Ağdamın bu kəndi yenidən qurulacaq

Prezidentlər Cıdır düzündə olub (YENİLƏNİB)

Putin Çin investorlarına üstünlüklər və texnoloji bazaya çıxış vəd etdi

Komitə "çörəkpulu"nun kəsilməsi məsələsinə aydınlıq gətirdi

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb

İxtisas seçməmişdən əvvəl mütləq layihə idarə edilməsi ilə tanış olun

3 şirkət "PMD Group" MMC-yə qoşulub

"GreenAgroHack" startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Ödənişli yola nə üçün hibrid giriş yoxdur? - AÇIQLAMA

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Sabahın hava proqnozu

Universitetlərin köçürülməsi gündəmdədir? - AÇIQLAMA

14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir

Kiyevdə elektrik enerjisi sutkada cəmi 4 saat veriləcək

Azərbaycanda "yaşıl istiqrazlar"ın tənzimləmə çərçivəsi hazırlanır

Qazaxda iki nəfəri qanunsuz işlədən şirkət 20 min manat cərimələnib

Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək?

Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama

Azərbaycanda 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Yük avtomobili istehsalı 75 %-dən çox artıb

Benzinlə işləyən avtomobilə dizel, dizellə işləyənə benzin töksək, nə olar?

Bloklanmış IMEI kodlarla şəbəkəyə qoşulma cəhdlərinin sayı açıqlandı

Bu ilin 4 ayında DSMF-nin xərcləri 13,3% artıb

“Kapital Bank”a müraciətlərin 70 %-i müştərilərin xeyrinə həll edilib

Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin