BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
31076

Günəş fırtınası ilk dəfə olaraq Yer, Ay və Marsı eyni vaxtda vurub. 

Valyuta.az xəbər verir ki, Günəşdə baş verən partlayışdan sonra buraxılan enerjili hissəciklərin Yerin maqnit sahəsini keçəcək qədər güclü olduğu müəyyən edilib. Alimlər astronavtların radiasiyaya məruz qala biləcəyi barədə xəbərdarlıq edərək, belə hadisələrin gələcəkdə insan tərəfindən kosmosun tədqiqi üçün ciddi risk yaradacağını qeyd ediblər. Beynəlxalq kosmik gəmilər donanması partlayışı aşkar edib və hissəciklərin Yerin maqnit sahəsini keçəcək qədər enerjili olduğunu deyib. Bu, elm adamlarının narahatlığına səbəb olub, çünki, gələcəkdə insanların kosmosda kəşfiyyat apararkən radiasiyaya məruz qalma riski yaranıb. Bununla belə, bəşəriyyət yaxın onilliklərdə Aya, sonra isə Marsa səyahət etməyi planlaşdırır.

Çinin Elm və Texnologiya Universitetinin tədqiqatçıları, “Biz hələ böyük bir maneə ilə, xüsusən də gələcəkdə Ayda və Marsda uzun müddət qalma zamanı ekipajın sağlamlığı üçün vacib və qaçılmaz olan kosmik radiasiya, xüsusilə, həddindən artıq günəş partlayışları zamanı yaranan sporadik günəş alovları riski ilə üz-üzəyik. Enerjili hissəciklər (SEP) Ayın və ya Marsın səthində radiasiya səviyyəsini potensial təhlükəli dəyərlərə qaldıra bilər” - şəklində bəyanat verib.

Günəş fırtınası Avropa Kosmik Agentliyinin (ESA) “ExoMars Trace Gas Orbiter” (TGO), NASA-nın “Curiosity Mars” roveri, Çin Milli Kosmik Administrasiyasının (CNSA) aya eniş aparatı, NASA-nın Ay Kəşfiyyat Orbiteri (LRO) və Yer orbiti tərəfindən qeydə alınıb. 

1940-cı ildə partlayışlar başlayandan bəri ilk dəfədir ki, günəş fırtınası eyni vaxtda üç planet səthini vurub. Tədqiqatçıların fikrincə, Ay və Mars Yer kimi bir qat altında qorunmadığı üçün Günəşdən gələn hissəciklər torpaqla qarşılıqlı əlaqəyə girərək ikinci dərəcəli formasiyalar yarada bilər. Bununla belə, Marsın az enerjili Günəş hissəciklərinin əksəriyyətini dayandıran və ya sürətini azaldan nazik bir atmosferə malik olduğu bildirilib.

Digər tərəfdən, ESA bir şərhdə, "Şüalanmanın udma vahidi olan 700 mq-dən çox radiasiya dozası, sümük iliyini məhv edərək radiasiya xəstəliyinə səbəb ola bilər ki, bu da infeksiya və daxili qanaxma kimi simptomlar yaratması mümkündür” - bildirib. Ümumiyyətlə bir astronavt 10 mq-dan çox radiasiya alarsa, onun iki həftədən çox sağ qalması mümkün deyil. 

Günəşdəki hadisələri araşdıran alim Jinqnan Quo mövzu ilə bağlı açıqlamasında bu ifadələrdən istifadə edib: “Keçmiş qrunt səviyyəsinin qalxması hadisələri ilə bağlı hesablamalarımız göstərir ki, radiasiyadan qorunma təmin edilmədikdə, orta hesabla hər 5,5 ildən bir Ayda təhlükəsiz doza səviyyəsini keçə bilər. Bu hadisələri başa düşmək, Ay səthinə gələcək missiyalar üçün çox vacibdir".

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin