Sosial
29.07.2023 / 11:40
Nazirlik maaşları ödəmir: "Elə bil Samir Şərifovun şəxsi puludur"
30886
Akademik Milli Dram Teatrının aktyorları məzuniyyət pulllarını ala bilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə teatrın aktroyu, Xalq artisti Ramiz Məlik məlumat verib.
O, teatrın iyul ayının 21-dən məzuniyyətə yollandığını vurğulayb:
"Hələ nə iyul ayının maaşı, nə də məzuniyyət pulu Maliyyə Nazirliyi tərəfindən ödənilməyib. Elə bil Samir Şərifovun şəxsi puludur, bu nə deməkdir? İyul ayı qurtarır, sonra nə olacaq bilinmir”.
Məsələ ilə bağlı Akademik Milli Dram Teatrı ilə əlaqə saxladıq. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Qaynarinfo-ya bildirdi ki, sözügedən problemi həll etmək teatrın səlahiyyətində deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay