BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
30668

“Son 3 il ərzində kifayət qədər neqativ halların olması, vəzifə təyinatı, əməyin qiymətləndirilməsi ilə bağlı pozuntular, təhsil mühitinin ciddi şəkildə pozulması medalçıların sayının azalmasına gətirib çıxarıb”.

Bunu Valyuta.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakı şəhəri üzrə XI sinif məzunlarından 24 nəfərin qızıl və gümüş nişana layiq görülməsindən danışarkən deyib. 

Onun sözlərinə görə, orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir:

“Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi - "Tədris dili" və "Riyaziyyat" istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər”.

Ekspert bu prosedurların keçirılməsinin bir çox hallarda şəffaf olmadığını qeyd edib:

“Məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçılmaz olur. Direktora bu və ya digər formada yaxın olan şəxslər bu adı almaq üçün təqdim olunur, amma istedadlı, bacarıqlı, lakin diektora yaxın olmayan şagirdlər isə bu mükafatlardan kənarda qalır. Əvvəlki illərlə müqayisə medalların sayının kəskin azaldığını görürük. 2012-2016-cı illərdə qızıl və gümüş medal alan şagirdlərin sayına diqqət etsək, azalma olduğunu müşahidə edərik. 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərdən 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla, 2013-2014-cü dərs ilinin yekununda 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub. Qızıl və gümüş medalla təltif olunmağa görə rekord göstərici 2012-2013-cü tədris ilində olub. Həmin dərs ilində orta məktəbin 11-ci sinfini 238 şagird qızıl, 10 şagird isə gümüş medala bitirib. Ondan əvvəlki il isə medal alanların sayı az olub. 2011-2012-ci tədris ilində 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurub. Onların 118-i qızıl, 20-si gümüş medal alıb. Ən az rəqəm isə 2011-ci ildə olub. Həmin il Azərbaycanda şagirdlərdən 37-si qızıl, 16-sı gümüş medala layiq görülüb”.

Kamran Əsədov indiyə kimi ümumilikdə 960 şagird orta məktəbi medalla başa vurduğunu vurğulayıb:

“Onlardan 839-u qızıl, 121-i isə gümüş medal alıb. 2018-ci ildə, 185 məzun qızıl, 38-məzun isə gümüş medala layiq görülüb. Təəssüf ki, bu qədər qızıl medal alanlar arasında kifayət qədər aşağı bal toplayanlar var. Bu onu göstərir ki, qızıl medalların verilməsi zamanı ciddi qanun pozuntuları, neqativ hallar var. 2013-cü ildə qəbul edilmiş təhsilininkişafı üzrə dövlər stategiyasına görə təhsilin əhatə dairəsi genişlənməlidir, əlçatımlılıq təmin olunmalıdır. Həqiqətən də Azərbaycanda ali təhsilli əhalinin sayının az olduğuna görə bu vacibdir. Hazırda ölkə vətndaşımızın yalnız 17 faizi ali təhsillidir”.

Qeyd edək ki, Bakı Şəhər Təhsil İdarəsi tabeliyində olan ümumi təhsil müəssisələrində məzunların qızıl və gümüş nişana layiq görülməsini açıqlayıb. Məlumatda XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görüldüyü bildirilir.

Aylin
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin