BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
30359

"Rektorun təyin edilməsi, vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə daxildir”.

Bu sözləri Valyuta.az-a təhsil məsələləri üzrə ekspert Elmin Nuri Milli Məclisin deputatı Etibar Əliyevin fikirlərini şərh edərkən deyib. 

Ekspert deyir ki, hələ bir neçə il bundan əvvəl rektor təyinatında yeni modelə - Türkiyə modelinə istinad ediləcəyi deyilirdi:

“Türkiyə modelində universitet özü rektorluğa namizədi müəyyənləşdirir və prezidentə təqdim edilir. Prezident isə o şəxslə bağlı qərar verir”. 

Elmin Nuri bildirib ki, 2019-ci ildə Prezident tərəfindən “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə fərmanda dəyişiklik edilib:

“Həmin dəyişkliyə əsasən, "Təhsil haqqında qanun"un 2.13-cü bəndinə "dövlət ali təhsil müəssəsində rektor beş il müddətində təyin edilir" sözləri əlavə edildi".

Həmsöhbətimizin sözlərinə görə, qanun dəyişiklik edilsə də, bu şəxslərin seçilməsi ilə bağlı limit sayı göstərilmir:
 
“Orada yalnız bir cümlə əlavə edilib ki, rektor təhsil müəssəsinə yalnız beş il müddətinə təyin edilsin, lakin bu o demək deyil ki, mütləq beş il sonra həmin rektor çıxsın, yerinə başqası gətirilsin. Rektorun bir və ya iki dəfə seçilməsi ilə bağlı qanunvericilikdə bir limit yoxdur. Qanundakı bu detala görə düşünürəm ki, bizdə rektorlar beş il müddətindən çox fəaliyyət göstərir”. 

Elmin Nuri deyir ki, son illər Azərbaycan universitetinə təyin olunan rektorlar faydalılığına, faydalı iş əmsalına, təhsilə modern yanaşmalarına görə uğurlu namizədlər sayılmalıdır:

“Lakin hələ də faydalılığına görə o qədər də seçilməyən, rəhbərlik etdiyi dövrdə universiteti dünyanın reytinq cədvəllərinə daxil olmayan rektorlar da var”.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev bildirib ki, 32 il, 20 ildən çox işləyən rektorlar var: "30 ildən çoxdur ki, müstəqillik qazanmışıq, bir universitet məşhur reytinqlərdə yer almayıb".

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DSMF-də yeni təyinat

"Apple"dan Avstraliyaya xəbərdarlıq: "Avropanı nümunə götürməyin"

Qanunsuz reklamların yayımı ilə bağlı məlumat

Bazarda satılan hər şey əmtəə hesab olunur?

Sabit tarifi necə ödəyəcəyik?- Video

Sabit tarifi necə ödəyəcəyik?- Video

“Azadoğlu Group”un yarım milyon manat vergi borcu var

Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Ay kraterlərində trilyonlarla dollarlıq sərvət gizlənə bilər

Vergi borcu 80 mini ötən şirkət kimindir?

TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı®

“YouTube” ABŞ iqtisadiyyatına 55 milyard dollar qazandırıb

İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı

"Atəşgah Sığorta" və "PAŞA Sığorta"dan şikayətlər artır

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

Dünyanın ən bahalı 5 brendi - ADLARI

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir - Bizdə bu hələ tənzimlənməyib

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

"Onlara normal maaş verilməsi üçün imkanlar var" -Deputat

Qeyri-iş günlərində qatarlar bu qrafiklə işləyəcək

"Liverpul" 150 milyona oyunçu ALDI

"Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?

Restoran və kafelərin taleyini həll edən "food cost" necə hesablanır?

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin