Məcnun Məmmədov Dövlət Aqrar Universitetinin kollektivi ilə görüşüb (FOTOLAR)
Azərbaycan Dövlət Aqrar Universitetində 2022-2023-cü tədris ili başa çatıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADAU-nun professor-müəllim heyəti ilə görüşüb, yekunlaşan tədris ilində universitetdə görülən işləri dəyərləndirib.
Son tədris ilində universitetdə kadr hazırlığı prosesinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülüb.
ADAU və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı üzrə bakalavriat səviyyəsində dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçirilib. Tələbə qəbulu aqronomluq, bitki mühafizəsi, aqromühəndislik və iqtisadiyyat ixtisasları üzrə aparılıb. Qəbul olmuş tələbələr öz ixtisasları üzrə 4 illik proqramın ilk 3 ilini ADAU-da, son 1 ilini isə İzmirdə Ege Universitetində təhsil alırlar.
2022-2023-cü tədris ilində universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi davam etdirilib, fakultələr üçün müasir laboratoriya avadanlıqları alınıb, tədrisin tam şəkildə laboratoriyalarda və tədris təcrübə təsərrüfatında yaradılmış yay və qış auditoriyalarında keçirilməsi təmin edilib.
Hər iki semestr üzrə tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsində şəffaflığın tam təmin olunması üçün imtahan sisteminə dəyişiklik edilib, proses tam elektronlaşdırılıb. Yeni sistem tələbələrin bilik və bacarıqlarının tam düzgün dəyərləndirilməsini təmin edir.
Nazir Məcnun Məmmədov ADAU-nun tədris korpuslarında quraşdırılmış yeni laboratoriyalar, simulyasiya otaqları ilə tanış olub, İnnovasiya Mərkəzinə, Karyera Mərkəzinə, Biotexnologiya Mərkəzinə, Tələbə Evinə, Peşə Təlim Mərkəzinə, Baytarlıq Klinikasına, Texnika Parkına, Tədris-Təcrübə Təsərrüfatına baş çəkib, kənd təsərrüfatı ixtisasları üzrə kadr hazırlığı prosesini dəyərləndirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay