Dövlət bağçalarının sayı artırıla bilərmi? (AÇIQLAMA)
“Dövlət bağçalarının sayının çoxalmasına inanmıram”.
Bunu Valyuta.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın sədri Günel Səfərova deyib. Onun sözlərinə görə, bu böyük maliyyə və infrasatrukdur tələb edir:
“Eyni zamanda da bu planlaşdırılmış bir iş olmalıdır. Bağçalar və məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin balansına yeni verilib. Dövlət bağçaları əvvəllər icra hakimiyyətinin balansında olub. Təhvil-təslim prosesi aparılıb, işçi heyətinin formalaşması və s. buna uyğun olaraq qiymətləndirmə aparılır”.
Günel Səfərova bildirib ki, bağçalar Elm və Təhsil Nazirliyinin balansına veriləndən sonra bağçalarda olan ehtiyacın qiymətləndirilməsi ilə bğlı təşəbbüs qaldırılıb:
“Data-baza hazırlanır, nə qədər uşağa ehtiyac var, nə qədər uşaq kənarda qalıb və s. Məktəbəqədər təhsil müəssisələrinin sayının azlığı ilə keyfiyyət məsələsi də gündəmə gəlməlidir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay