BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
30249

“Elm və Təhsil Nazirliyi müəllimlərin peşəkarlığının artırılması adı altında dövlət büdcəsini kifayət qədər talayır. Bu birmənalıdır”.

Bunu Valyuta.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deputat Ceyhun Məmmədovun zəif müəllimlərin təhsil aldığı ali təhsil müəssisələrinin adlarının ictimaiyyətə açıqlanması ilə bağlı təklifini şərh edərkən deyib. 

O bildirib ki, ilk dəfə Azərbaycan müəllimləri sertifikasiyaya cəlb olunub:

“Azərbaycanda orta məktəblərdə çalışan müəllimlər bilik və bacarıqlarını yoxlanılmasına 2014-cü ildə diaqnostik qiymətləndirmədən başlanılıb. Həmin vaxt nəticələr ürək açan deyildi. Bizim 50%-ə kimi müəllimlərimiz çox aşağı nəticə toplamışdılar. Amma bu müddətdə Elm və Təhsil Nazirliyi orta məktəblərdə çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün ciddi işlər görməmişdi. Baxmayaraq ki, hər il Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, idarə və təşkilatlar, hətta nazirliyin qrant ayırdığı QHT-lər təhsilin və müəllimin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər keçirirdi. Ön çox dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ayrılmış pulun böyük hissəsi müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına ayrılsa da keyfiyyət istiqamətində heç bir addım atılmayıb”.

Kamran Əsədov müəllimlərin işə qəbulu həyata keçiriləndən bu günə kimi bütün universitetlərdən gələn müəllimlərin bilik və bacarığı haqqında Elm və Təhsil Nazirliyində məlumat olduğunu vurğulayıb:

“Biz nə görürük? İmtahanlarda nəticələri zəif olan müəllimlərin direktorları ilə daha yaxşı münasibətdə olurlar. Belə olmaz. Deputat da düz deyir, bu gün ali məktəblərin əksəriyyəti müasir təhsil sisteminin tələblərinə cavab vermir”.

Qeydcedək ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov mətbuata açıqlamasında Elm və Təhsil Nazirliyini ittiham edib. Deputat “Elm və Təhsil Nazirliyi bildirir ki, bəzi müəllimlər hansısa sözü yaza bilmir və ya çubuqlu bölməni edə bilmir. Əgər biz bütün acı həqiqətləri demək istəyiriksə, onda nazirlik desin görək, bu tələbələr hansı universitetləri bitiriblər, onlar da bundan nəticə çıxarsınlar. Bu ali təhsil müəssisələrinin adları ictimaiyyətə açıqlanmalıdır” deyə bildirib.

Aylin
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin