Xəbər
09.07.2023 / 15:54
Bəzi ərazilərdə telekommunikasiya xidmətlərinin işində yaranmış fasilə aradan qaldırılıb - "Aztelekom"
30148
Bəzi ərazilərdə telekommunikasiya xidmətlərinin işində yaranmış fasiləyə "Aztelekom" MMC mövqe bildirib.
Bu barədə Valyuta.az-a "Aztelekom" MMC-nin mətbuat xidmətinə istinadən xəbər verir.
"9 iyul səhər saatlarında "Aztelekom" MMC-nin Salyan-Ələt ərazisindən keçən magistral xətti zədələnmişdi. Qəza nəticəsində bəzi regionların ərazisində internet və rabitə xidmətində fasilələr meydana gəlmişdi.
"Aztelekom" MMC tərəfindən bütün imkanlar dərhal səfərbər edilərək yaranmış çətinliyin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilib. Hazırda xidmətlərin göstərilməsində hər hansı problem müşahidə olunmur", - deyə "Aztelekom"dan bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay