BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
29833

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi “Olar səni qucaqlayım?” şeirinə görə işdən qovduğu sürücünün məhkəmə şikayəti təmin edilməyib. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Xidmətinin ştatdankənar sürücüsü Sərxan Həmzəyev (soyad şərti) sözügedən şeirə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən (qeyri-iş vaxtında) azad edilib. 

Sərxan izahatında bildirib ki, işlədiyi müddətdə bütün kollektivlə mehriban, söz-söhbətsiz, səmimi davranışına görə hər kəsin yanında hörməti olub. Heç kimlə mübahisə etməyib. Hər zaman bayramlarda və yaxud adi günlərdə belə “WhatsApp” proqramı vasitəsilə iş yoldaşları ilə bir-birlərinə videoroliklər, şeirlər göndəriblər. Son günlər sosial şəbəkələrdə poetessa Aytac xanımın “Olar səni qucaqlayım?” şeiri paylaşılıb. Bu şeirə qulaq asanda o, çox kövrəlib, çünki əzizlərini itirmiş insanlara aid şeir olub. O, da insan olaraq atasını, anasını və bacısını itirib. Həmin şeiri telefonuna yükləyib həyat yoldaşına, bacısına, qohumlara, tanışlara, özünə yaxın bildiyi, ərk etdiyi iş yoldaşlarına göndərib. Göndərdiyi hər kəsdən müsbət cavab alıb. Lakin onların arasında Dövlət Xidmətinin Mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçi vəzifəsini müvəqqəti icra edən Nərmin Bayramova onun göndərdiyi şeiri qeyri-adekvat başa düşərək, bunu etik normalardan kənar bir şeir kimi qəbul edib. 

Sürücü "şeiri niyə belə mənada başa düşdüyünü" ondan soruşub. Lakin Nərmin xanım ona cavab verməyib və danışmaq istəməyib. Səhər isə rəhbərliyə ondan şikayət edib. Qurumun rəhbəri bununla bağlı həm Sərxana, həm Nərmin xanıma izahat yazdırıb. 

Nərmin Bayramova izahatında qeyd edib ki, qeyri-etik ifadələrlə dolu olan "TikTok" videoçarxını şərəf və ləyaqətə təhqir, kollektivdəki nizama xələl gətirən bir hal kimi qəbul edir. Şeiri göndərdikdən sonra Nərmin Bayramova sürücüyə “Sərxan müəllim, yanlışlıqla videoçarxı mənə göndərmisiz” yazdığını, sürücünün isə “xeyr, düz göndərmişəm, şeir çox təsirlidir” cavabını verdiyini bildirib. 

Nərmin Bayramova izahatında onu qeyd edib ki, Sərxan onun şərəf və ləyaqətini alçaldıb. Lakin sürücü belə bir niyyətinin olmadığını və onunla danışmağa çalışdığını bildirib.

Xidmətin rəis müavini Ağacavid Ramazanovun imzası ilə təcili şəkildə əmr hazırlanıb. Sənəd xidmət rəisinə təqdim olunub və Sərxan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən (qeyri-iş vaxtında) azad edilib.

Məhkəmə Sərxanın Dövlət Xidmətinə qarşı 3-24-1/3-3-K-12/2023 saylı, 2023-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddia tələbini iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin