"Təkcə qadınlar deyil, kişilər də bu problemdən əziyyət çəkir" - Mehriban Zeynalova
“Bu təkcə qadınlarla bağlı deyil, kişilər də bu problemdən əziyyət çəkir”.
Bunu Valyuta.az-a açıqlamasında hüquq müdafiəçisi Mehriban Zeynalova 35 yaşdan sonra vətəndaşların iş tapa bilməməsinə münasibət bildirərkən deyib.
O, bunun gələcəkdə ölkə üçün böyük problem ola biləcəyini ehtimal edir:
“Qadınlar nisbətən harda olsa işləyə bilir, kişilərdə isə əksinədir. Təhsilli kişilər belə ortalıqda qalıb. 10 ildən yuxarıdır ki, bu problem deyilir, 30 yaşı keçən adamlar iş tapa bilmir. Yaxşı işçiləri yaşı keçsə də, işdən azad etmək istəmirlər”.
Mehriban Zeynalovanın sözlərinə görə, iş üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edənlər çoxdur:
“Məşğuluq müraciət edənləri siyahıya götürür, onlarda aşağı səviyyədə işlər çoxdur. Amma təhsilli vətəndaşlar üçün iş yeri azdır”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay