BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
29617

Son günlər havaların qeyri-sabit keçməsi Cəlilabad rayonunun bir sıra kəndlərində biçilməmiş əkinləri yararsız hala salıb.

AZƏRTAC-ın bölgə müxbiri sözügedən ərazilərdə olub, mövcud vəziyyəti araşdırıb.

Dolu ilə müşayiət olunan yağış Cəlilabadın, əsasən, dağlıq ərazilərdə yerləşən kəndlərinə daha çox ziyan vurub. Rayonun Kövüzbulaq kəndində, demək olar ki, əksər əkinlər yararsız hala düşüb. Aran bölgələri ilə müqayisədə taxıl zəmiləri burada gec yetişdiyi üçün sahələrdə biçinə hazırlıq gedirmiş.

Torpaq sahibi Əli Həsənov bildirir ki, onun da əkdiyi taxıl sahələri yararsız vəziyyətə düşüb.

“Sanki bir bəla idi, gəldi, getdi. Yarım saat yağan dolu bütün əkinimizi məhv etdi. Əkinimizi sığorta etdirmədiyimiz üçün kompensasiya da düşmür. Güclü dolu taxıl sahələri ilə yanaşı, noxud, mərci sahələrini də yararsız hala salıb”.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı İlham Babayev də rayonda əkin sahələrinin yararsız hala düşdüyünü bildirib.

“Bir neçə gün bundan qabaq Cəlilabadın dağ kəndlərində güclü küləklə müşayiət olunan dolu yağıb. Yağan dolu nəticəsində yetişmiş məhsullara ciddi ziyan dəyib. Yararsız hala düşən əkin sahələrinə baxış keçirdik. Təəssüf ki, fermerlər əkin sahələrini sığorta etdirməyiblər. Bu da təbii fəlakət zamanı dəymiş ziyanın ödənilməsini çətinləşdirir”, - deyə o qeyd edib.

Təkcə Kövüzbulaq kəndinin də daxil olduğu inzibati ərazi vahidliyinin tərkibində olan üç kəndin 1 000 hektara yaxın əkin sahəsi yararsız hala düşüb. Biçinə hazırlaşan kəndlilərin bəziləri təbii fəlakətdən sonra sahələri şumlatdırmaq qərarına gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

QHT-lərə yeni cərimələr tətbiq olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin