Nəqliyyat
20.06.2023 / 18:33
Qusarda hər il pul yeyən şəhər yolları - İcra Hakimiyyəti yenə tender elan etdi
29563
Qusar Rayon İcra Hakimiyyətinin Aparatı şəhər yollarının əsaslı təmiri ilə bağlı tender elan edib.
Valyuta.az xəbər verir ki, tender iyul ayının 27-nə qədər davam edəcək.
Məlumat üçün deyək ki, ötən il Qusarda şəhərdə yolların əsaslı təmirinə 534 685,14 AZN, 2021-ci ildə 541 335,62 AZN, 2020-ci ildə isə 539.097,75 AZN pul xərclənib.
Beləliklə, aydın olur ki, Qusar Rayon İcra Hakimiyyəti hər il şəhər yollarının təmirinə yarım milyon manatdan pul xərcləyir. Hər il yolların təmirinə ehtiyac yaranırsa, ya görülən işləri keyfiyyətsizdir, ya da ortada başqa qaranlıq məqamlar var.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay