Fermerlər kredit almaqda niyə çətinlik çəkirlər? (ŞƏRH)
Azərbaycanda çoxsaylı fermer təsərrüfatları yaradılıb. Fermerlərin öz təsərrüfatlarını inkişaf etdirmələri üçün ilk növbədə lazımi qədər vəsaiti olmalıdır. Amma təəssüf ki, Azərbaycanda kənd təsərrüfatında çalışanların mütləq əksəriyyətinin kreditlərə əltatanlığı təmin olunmayıb. Bu səbəbdən də əksər fermerlər kredit almaqda çətinlik çəkirlər.
İqtisadçı ekspert Fuad İbrahimov Valyuta.az-a açıqlamasında bildirib ki, informasiyanın zəif olması, güzəştli kreditlərin azlığı və kredit vermə qaydalarındakı çətinliklər fermerlərin kreditlərə əlçatanlığını çətinləşdirir:
“Fermerlərin kreditlərə əlçatanlığının təmin olunmaması bir sıra kompleks səbəblərdən qaynaqlanır. Vəziyyətin belə olmasına təsir göstərən amillərdən biri sözügedən sektorda maariflənmənin kifayət qədər olmaması ilə bağlıdır. Bundan başqa, kreditin verilmə qaydaları və nəhayət güzəştli kredit mənbələrinin kifayət qədər olmaması da prosesə öz neqativ təsirini göstərir.
Regionlarda sahibkarlıqla məşğul olmaq istəyən kifayət qədər insan var. Ancaq onun kredit mənbəyinə çatmaqdan ötrü informasiyası yox dərəcəsindədir. Müvafiq qurumlarda çalışan məmurlar evində oturmamalıdır. Məmur ərazilərə gedərək, maliyyə dəstəyinə ehtiyac olan sahibkarları kredit götürmə qaydaları, şərtlərilə tanış etməlidir. Sahibkar özü isə düşüb pul axtarmaqla mövsümü itirmiş olur.
Ölkədə kredit mənbələri kifayət qədər olsa da, güzəştli kreditlər çox məhduddur. Ona görə də prosesdən fermerlər ümumən yararlana bilmir.
Krediti vermə qaydalarındakı çətinliklər, müxtəlif girov rejiminin fəaliyyət göstərməsi də fermerlərin əl-qolunu bağlayır. Bu kimi amillər fermerlərin kreditlərə çıxışını çətinləşdirir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay