Məcnun Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişdirildi
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Valyuta.az xəbər verir ki, vətəndaş qəbulu iyunun 20-də, saat 09:00-da Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək. Məcnun Məmmədov qeyd olunan tarixdə Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-210-93-99) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay