Nəqliyyat
12.06.2023 / 13:14
“Bolt” və “Uber” cərimələnə bilər - Ekspert
29227
“Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlərin cərimə olunması tək yerli şirkətlərə aid deyil, həm də xarici şirkətlərə də aid olacaq”
Bu sözləri Valyuta.az-a hüquq müdafiəçisi Əkrəm Həsənov bu gün İnzibati Xətalar Məcəlləsinə əlavə olunan yeni maddəni şərh edərkən deyib.
Hüquqşünas qeyd edib ki, xarici şirkətlər də bu fəaliyytlə məşğul olmaq üçün icazə almalıdır: “İcazə almasalar, onlar da cərimələnəcək. Burda heç bir istisna hal yoxdur”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əlavə olunan yeni maddəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək.
Davud
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay