BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
28768

Artıq bir həftədən çoxdur ki, metropolitenin sayca 27-ci stansiyası, Xocəsən metrostansiyası ərazisində marşrutlar müxtəlif istiqamətlərdə sərnişindaşıma həyata keçirirlər.

BAKU.WS xəbər verir ki, sözügedən avtobus xətləri arasında "155", "102", "130", "596", "539" və "506" nömrəli avtobuslar var. Onlar Xırdalan, “Şamaxinka” adlanan ərazi, 20 Yanvar və digər fərqli istiqamətlərə sərnişin daşıyırlar. Bütün avtobuslara normal vaxt intervalı təyin edilsə də, Masazır, Yeni Bakı, Qurtuluş 93 istiqamətində hərəkət edən 506 nömrəli avtobus xətti bu qaydadan kənar qalıb. Belə ki, sözügedən ərazidə yeganə "506" nömrəli marşrut xəttidir ki, sərnişinlərin gözlərini uzun müddət yolda qoyur.

Bu barədə BAKU.WS-in “Qaynar xətti”nə daxil olan çoxsaylı şikayətlərdə qeyd edilib.

Sərnişinlər sözügedən marşrut xəttinin intervalının 35-40 dəqiqə olduğunu qeyd edərək, yeni avtobus xəttindən narazılıq ediblər.

Axı həmin metrostansiya ərazisindəki avtobuslar sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, sıxlığın azaldılması, nəqliyyat infrastrukturunun səmərəli istifadəsi ilə bağlı tədbirlər çərçivəsində istifadəyə verilib.

Belə olan halda "506" nömrəli avtobus xətti niyə vaxtlı-vaxtında sərnişinlərə xidmət edə bilmir?
Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxladıq. Aidiyyatı qurumun məsələdən xəbərdar olub problemin həlli istiqamətində hansı işlər gördüyünü öyrənmək istədik.

Qurumdan BAKU.WS-ə bildirildi ki, edilən şikayətlər əsassızdır. Avtobusların intervalı 15-20 dəqiqədir və vaxtlı-vaxtında sərnişindaşımanı həyata keçirir:

“Bu avtobuslar xəttə yeni buraxılıb. Onlar 15-20 dəqiqə intervalla hərəkət edirlər. Şikayətlərdə 35-40 dəqiqə intervalın bildirilməsi səhv məlumatdır. Mən özüm bir həftə ərzində orada olmuşam və o marşrut xətlərinin intervalı normal işləyib. Avtobuslar boş gəlib, boş da gedir.

Hələ insanlarımız ora meyil göstərmir. "505" və "506" nömrəli avtobusların 4 dayanacağı üst-üstə düşür. Bu iki avtobus arasında isə interval 15-20 dəqiqə yox, 8 dəqiqə təşkil edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin