BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
28398

Baş nazirin 29 mart tarixində imzaladığı qərarla zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bu qərar 29 aprel tarixindən qüvvəyə minib.

Hökumətin bu qərarı avtomobil bazarında ajiotaja səbəb olub. Nəticədə köhnə avtomobillər və onların ehtiyat hissələri sürətlə bahalaşmağa başlayıb.

Avtomobil satışı ilə məşğul olan şəxslərin bildirdiyinə görə, yaşı 10 ildən çox olan avtomobillərin qiyməti 5-10% bahalaşıb. Satıcılar növbəti aylarda qiymətin daha da bahalaşacağını bildiriblər.

2004-2005-ci il istehsalı olan Rusiya avtomobilləri hazırda bazarda 6 min manata təklif olunur. Halbuki, onların qiyməti ötən il 4 min manat civarında idi. Deməli, son vaxtlar köhnə avtomobillərin qiyməti ən azı 50 faiz bahalaşıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da son həftələrdə köhnə avtomobillərin qiymətinin bahalaşdığını bildirib:

"Maraqlıdır ki, köhnə avtomobillərlə yanaşı, onların ehtiyat hissəsinə olan tələbat da çoxalıb. Artan təlabat təbii ki, qiymətlərin də yüksəlməsinə səbəb olub. Məsələn, təkcə mart ayında köhnə avtomobillərin ehtiyat hissələrinin qiyməti 10 faizədək qalxıb. Qiymət artımı təbii ki, aprel ayında da davam edib.

Biz proqnozlaşdırmışdıq ki, köhnə avtomobillər may ayının 15-dən sonra bahalaşacaq. Lakin bahalaşma daha tez baş verdi.

Bu bahalaşmanı sürətləndirən amillər var. Səbəblərdən biri Gürcüstanın Poti limanından ölkəmizə avtomobil daşınmalarını həyata keçirən şirkətlərin qiymətləri təxminən 50% civarında bahalaşdırmasıdır. Bu hal ölkəmizə idxal olunan köhnə avtomobillərin qiymətlərinin artmasına səbəb olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

İş stressi ilə necə mübarizə aparaq?

Elektrikli avtomobil sənayesində yeni bir ilkə imza atılıb

Trampdan sensasion dəyişim - Artıq kripto valyutalara güvəndiyini açıqladı

Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO

Çin qaz idxalını 21 %-ə yaxın artırıb

“Azersky-2” üçün 1,6 milyon manat ayrıldı

Bu rayona yeni rəis müavini təyin edildi

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Azərbaycanda tanınmış müəllim vəfat etdi (FOTO)

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bakıda 23 dərəcə isti olacaq

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

150 nəfərə Prezident mükafatları verildi (SƏRƏNCAM)

Prezident bu mədəniyyət xadimlərinə təqaüd ayırdı (SİYAHI)

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı sağdır?

İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

NASA qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Dünyanın ən bahalı futbol klubları açıqlandı

Dünyanın ən bahalı futbol klubları açıqlandı

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin